"Sky News": "Ukrayna bəzi ərazilərdən imtina etməli olacaq"

Xəbər vermişdik ki, Ciddədə (Səudiyyə Ərəbistanı) ABŞ-Ukrayna danışıqları 11 martda baş tutub və tərəflər birgə bəyanat qəbul ediblər. Danışıqlar məhsuldar keçdiyi üçün 12 martda müzakirələrin davam etdirilməsinə ehtiyac qalmayıb.
Adalet.az xəbər verir ki, Böyük Britaniyanın "Sky News" telekanalı iddia edib ki, Ukrayna sülh naminə bəzi ərazilərdən imtina etməli olacaq.
Nəşrin müxbiri, jurnalist Aleks Rossi bildirib ki, ABŞ qapalı görüşlərdə Ukraynanın 2014 və ya 2022-ci il sərhədlərini bərpa etməsi barədə eşitmək istəmədiyini bildirib.
Atəşkəsin bərqərar olması üçün Ukrayna bəzi ərazilərdən imtina edərək ağrılı güzəştlərə getməli ola bilər.
Qeyd edək ki, “Maş” Teleqram kanalı məlumat yayıb ki, Rusiya ordusu Kursk vilayətinin Suca şəhərinə daxil olub. Ukrayna hərbçiləri şəhəri tərk edərək Sum vilayəti istiqamətinə geri çəkiliblər.
Əntiqə Rəşid
Digər Xəbərlər

Rusiya Poltavaya zərbələr endirib - 2 ölü, 11 yaralı - YENİLƏNİB

Yekaterinburqda iş adamı Yunus Paşayevin öldürülməsinin təfərrüatları

Ermənistan parlamentində QALMAQAL

Hersoq İsrailin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

ABŞ Kiyevi bütün növ silahlarla təchiz etməyi dayandırıb

Rusiyalı qız öz ölkəsindən çıxa bilmək üçün terror aktına cəhd etdi - VİDEO

Sadır Japarov Azərbaycana GƏLİR
