Slovakiya - Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşib
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Slovakiya - Ukrayna matçının (1:2) ən yaxşı futbolçusu müəyyənləşib.
Adalet.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalıların heyətində Nikolay Şaparenko qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
25 yaşlı futbolçu qarşılaşmada komandasının bərabərlik qoluna imza atıb.