Slovakiyanın Baş naziri: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edə bilər
Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqlara ev sahibliyi edə bilər.
Adalet.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiço Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, Türkiyənin proseslərdəki rolunu yüksək qiymətləndirib.
Baş nazir, həmçinin əlavə edib ki, müharibənin hərbi yolla həlli yoxdur.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp daha əvvəl bildirib ki, o, müharibənin bu il başa çatması üçün çalışacaq. Ukrayna Prezidenti Volodimir Zelenski isə müharibənin cari ildə bitməsi üçün lazım olan hər şeyi edəcəyini söyləyib.
Digər Xəbərlər
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10
Kosovonun eks-liderinə 25 il həbs cəzası verildi
16 Sentyabr 2026 15:22
Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar
16 Sentyabr 2026 14:47


Bakı -°C

