SN-də Syuzan Qrinfildlə görüş keçirilib - FOTO

Lordlar Palatasının üzvü, Böyük Britaniya Kral İnstitutunun (Royal İnstitution of Great Britain) sabiq direktoru, beyin fiziologiyası sahəsi üzrə ixtisaslaşmış məşhur ingilis alimi, baronessa Syuzan Qrinfildin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb.
Teymur Musayev səhiyyə sahəsində də əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur: “İnnovativ avadanlıqların klinik praktikaya tətbiqi və tibb işçilərinin yüksək peşə hazırlığı ilə seçilən Böyük Britaniya səhiyyə sistemi (National Health Service – NHS) dünyada ən effektiv təşkil edilən səhiyyə sistemlərindən biridir. Bundan əlavə, Böyük Britaniyanın tibb universitetləri təhsilin keyfiyyəti və yüksək ixtisaslı mütəxəssislərin buraxılması ilə məşhurdurlar”.
“Azərbaycan Tibb Universitetinin, habelə ölkəmizin aparıcı tibb mərkəzlərinin "Royal Institution of Great Britain”, “Royal Liverpool University Hospital”, “University College London Hospital” və Böyük Britaniyanın digər dünya şöhrətli universitetləri ilə əlaqələri ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafında vacib rol oynayır”, - deyə Azərbaycanın səhiyyə naziri bildirib.
Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Syuzan Qrinfild Böyük Britaniyanın Azərbaycan ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini vurğulayıb. Beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəfələrlə ölkəmizə səfər etdiyini vurğulayaq, baronessa Azərbaycanın paytaxtında təşkil olunan qlobal forumların hər zaman yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.
Ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunan Syuzan Qrinfild son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Azərbaycanda 131 nəfər hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq

Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı

Avropa İttifaqının ermənipərəstliyi: 12 martda Bakı müzakirə olunacaq

Ədliyyə nazirinin Şəkidə vətəndaş qəbulunun vaxtı dəyişib

"Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır" - "Caliber"

Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Bu vəzifəli şəxslərin siyahısı genişləndirilib
