Şöbə müdiri bu zəngdəki cavabına görə işdən çıxarıldı - VİDEO
Sosial şəbəkələrdə Bakı Texniki Kollecində tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunduğu ilə bağlı iddialar yayılıb.
Adalet.az xəbər verir ki, tələbələrdən birinin Bizim.media-ya bildirdiyinə görə, onlar qiymətlərini öyrənmək istədiklərində Nəqliyyat və logistika şöbəsinin müdiri Elçin Haqverdiyev şöbəyə gəlmələrini və pul vermələrini tələb edib.
“Kollecdə sistemli rüşvətxorluq və imtahan saxtakarlığı halları baş verir. Tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunur. Pul verməyənlər qəsdən kəsilir. Pul verən tələbələr imtahandan əvvəl ayrı otaqda sual və cavabları yazır, imtahanda isə formal olaraq otururlar. Sonradan cavab vərəqləri dəyişdirilir və maksimum qiymət alırlar. Şöbə rəhbərliyi qiymət jurnalına birbaşa müdaxilə edir. Tələbələr öz qiymətlərini öyrənmək istəyəndə “şöbəyə gəlin” deyilir və nəticədə şöbədə onlardan pul istənilir”, - deyə iddialarda qeyd olunub.
Mövzu ilə bağlı Bakı Texniki Kollecinin tədris işləri üzrə direktor müavini Cəlal Qardaşov açıqlamasında rüşvət iddialarını təkzib edib: “Elə bir şey yoxdur. Tələbə də gəncdir, onun da özünün iddiaları var. O iddia təsdiq olunmadı, amma digər məsələlər həll olundu. Tələbənin valideyni ilə də görüşdük. Tələbədir, qiyməti vaxtında öyrənə bilməyib. O da olan işdir”.
Kollec rəsmisi bildirib ki, adıçəkilən şöbə müdiri Elçin Haqverdiyev işdən öz ərizəsi ilə çıxarılıb.
“Bəs əgər rüşvət halı yoxdursa, Elçin Haqverdiyev nə üçün işdən çıxır?” sualına C. Qardaşov belə cavab verib: “Elçin Haqverdiyev tələbələrin qiyməti vaxtında elan olunmadığı üçün işdən çıxdı”.
Digər Xəbərlər
04 Mart 2026 17:50
Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib
04 Mart 2026 12:52
Azərbaycan dili imtahanının nəticələri elan olundu
04 Mart 2026 10:23
Buraxılış imtahanlarında 58 mindən çox şagird iştirak edəcək
04 Mart 2026 10:06
Nazirdən direktorlara tövsiyə: tədrisin keyfiyyətini...
02 Mart 2026 16:19
Naxçıvanda 7 məktəbin direktor vəzifəsi boşdur
02 Mart 2026 10:03
Universitet və kolleclərə qəbul üçün qeydiyyat bu həftə bitir
27 Fevral 2026 17:48
Təhsil proqramlarına kibertəhlükəsizliklə bağlı mövzular daxil ediləcək
27 Fevral 2026 12:22


Bakı -°C

