adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Yanvar 2023 12:11
967
MƏMLƏKƏT

Soğan niyə bahalaşır?

Onsuz da bizdə ərzaq məhsullarının, eləcə də tərəvəzlərin qiyməti həmişə bahalaşıb. Çox nadir halda – yəni mövsüm vaxtı həmin məhsulların qiyməti normal olur. Amma bir həftədir ki, bütün bazar və dükanlarda soğanın qiyməti 1 manat 30 və 1 manat 50 qəpik civarına qalxıb. Təbii ki, bu da alıcıları çox narahat edir. Ən azından ona görə ki, kartof və soğan hər gün istifadə edilən məhsullardandır. O da bahalaşanda istər-istəməz insanların cibinə mənfi təsir göstərir.

Hansı ki, ayrı-ayrı fermerlər deyirdilər ki, soğanlarımız yığılıb qalıb anbarda, satılmır. Görünür, həmişə olduğu kimi, indi yenə işbazlar anbarlarda yığılıb qalan o soğanları ucuz qiymətə alıb topdansatış mərkəzlərinə gətirib və indi də baha qiymətə əhaliyə satır.

Ümumiyyətlə, bu cür süni bahalaşmaların qarşısı İqtisadiyyat Nazirliyinin müvafiq idarəsi tərəfindən vaxtında alınmalıdır. Göründüyü kimi, bahalaşmanın qarşısı vaxtında alınmır, soğanın da qiyməti bahalaşmaqda davam edir.

Emil FAİQOĞLU