adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Iyun 2023 13:21
559
GÜNDƏM

SOS: Bakının cəhənnəm vadisi - Tikilən, çoxalan evlər, ölümünə yaxınlaşan insanlar

Bu mediamız Bayıl qəsəbəsində dərədə tikilən evlərin birinin üzərinə qaya parçası düşməsindən, evin kifayət qədər zərər görməsindən yazıb.


Mediamız hadisədən sonra ərazidə yaşayan digər sakinlərin də narahat olduğunu yazıblar. Sakinlər deyib ki, hadisənin yenidən təkrarlanacağı təqdirdə sağ qalacaqlarına ümid etmirlər.
Məlumat üçün bildirim ki, hadisə iyun ayının 6-sı baş verib. 2004-cü ildən bəri ərazidə yaşayan sakinlər bildirirlər ki, təpələrdən daşların yuvarlanıb evlərə sarı gəlməsi nadir hal olsa da, əvvəllər yaşanıb. Amma daha böyük təhlükələrimiz var...

 

Bozdağ-Qobu vulkanı: İstiliyi 1000 dərəcə selsidən çox olan lava

 


İndi keçək mövzunun davamına... Mən Abşeron rayonu ərazisində yaşayıram .Yaşadığım ərazidən təxminən 20 km aralıda daha bir təhlükəli zona var. Hər o əraziyə yaxın yoldan hərəkət edərkən, necə deyərlər, qorxudan ürəyim ağzıma gəlir. Bu, adı el arasında “yatmış vulkan” deyilən Bozdağ-Qobu vulkanıdır. Əvvəlcə oxucularımıza Bozdağ-Qobu vulkanı haqqında məlumat verək, sonra “qorxu”muzun nədən ibarət olduğunu açıqlayaq.

Deməli, Azərbaycanda 300-dən çox palçıq vulkanı var ki, məhz elə buna görə ölkəmizi vulkanlar diyarı adlandırırlar. Bozdağ-Qobu vulkanı isə ən təhlükəli vulkanlardan biridir. Geofiziklərin araşdırmasına görə, Bozdağ-Qobu vulkanı, ilk dəfə 1827-ci ildə püskürüb. 1974-cü ildə bu vulkanın alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda 300 min kub metr həcmində vulkan palçığı əraziyə yayılıb. Amma üç il əvvəl Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib ki, vulkanın ən təhlükəli püskürməsi 1957-ci il avqustun 27-də baş verib. Bu zaman ətrafa təxminən 9000 kubmetr tullantı məhsulu, brekçiya yayılıb. Vulkan məhsulları 2 ha ərazini əhatə edib:” Vulkan 1827-ci ildən bu günə qədər 1894, 1953, 1957, 1974, 1986, 1987, 1999 və sonuncu dəfə 2013-cü ildə püskürüb. Sonuncu püskürmədə təqribi olaraq 03-0,5 ha sahəyə tullantılar yayıb".
Mütəxəssislər bildirir ki, püskürmələr adətən yay aylarında baş verdiyinə görə,hazırda mövzunun aktuallığı artıb.



Ölümə bir nəfəs qədər yaxın insanlar

 


Xəbərdarlıqsız gələn təbii fəlakətlərin nə qədər insan həyatına son qoyduğunu elə təkcə bu ilin fevralında Türkiyənin Qahramanmaraş əyalətində gördünüz. Oranın seysmik zona olduğu ilə bağlı kifayət qədər təbliğatlar gedirdi. Belə seysmik zonada hündürmərtəbəli binaların aparılmasının yanlış olduğu, təhlükəli olduğu deyilirdi . Buna baxmayaraq ərazidə ucaldılan kefiyyətsiz və yüksək mərtəbəli binaların sayı azalmaq əvəzinə çoxalırdı.Sonda təbii fəlakət xəbərdarlıqsız gəldi və 60 minə yaxın insan həyatını itirdi. 100 minlərlə insan müxtəlif bədən xəsarəti, mal-mülk qaybı, doğmalarının intisi ilə sarsıldı.
Hazırda mediamız, geokimyaçı və vulkanoloq mütəxəssislərinin xəbərdarlığını yaymaqla məşğuldur. Dəfələrlə bu barədə müvafiq qurumlara mütəxəssislər tərəfindən xəbərdarlıq edilib. Amma sehirli əllərin müşayyəti ilə yaşayış evləri vulkanlara yaxınlaşmaqda davam edir. Dəfələrlə mütəxəssislər bildirbr ki, Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması təhlükəlidir və dəhşəti müqayisə olunmayacaq bədbəxt hadisələrə səbəb ola bilər. Bəli, əslində, yaşayış evləri kraterin yaxınlığında tikilməməlidir. Sakinlər də vulkan yaxınlığında məskunlaşmamalıdırlar. Yaşayış evləri vulkan zonasından ən azı 1 kilometr aralıda tikilməlidir. Bu cür yerlərdə həmçinin təsərrüfat işləri görmək olmaz.

Təşəvvür edin, vulkan püskürüb və 9000 kubmetr tullantı məhsulu, brekçiya (palçıq lava) ,1000 dərəcə selsi ilə qəflətən vulkanın 300 -500 metr addımlığındakı evlərə dolur. Dəhşəti təsəvvür edirsinizmi? Bəlkə də, bu böyük təhlükədən ev tikən, yurd salan vətəndaşlarımız xəbərsizdir.Bəs axı, o torpaqda, o ərazidə ev tikməyə icazə verənlər axı ərazinin relyefi ilə bağlı kifayət qədər bilgilidir...!? Təbii fəlakət- qəfil vulkan püskürməsi bu ərazidə yerləşən, “ev olan” xeyli sayda soydaşmızı faciəli şəkildə məhv edə bilər. Kimdir bu faciələrə göz yumub həddindən artıq təhlükəli zonada onların ev tikməsinə, daha dəqiq ölümə nəfəs qədər yaxın olmasına göz yumanlar? Bunun bir çarəsi, bir çıxış yolu yoxdurmu?

 Əlaqədar təşkilatlarlardan bununla bağlı açıqlama gözləyirik!

Əntiqə Rəşid