"YAP şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib" - Şəhidin həyat yoldaşı
Mən bir şəhid həyat yoldaşı olaraq bunu xüsusilə vurğulamaq istəyirəm: şəhid ailəsinin arxasında dövlətin dayandığını bilmək insana yaşamağa, çalışmağa, Vətənə layiqli övlad böyütməyə və gələcəyə inamla baxmağa stimul verir.
Adalet.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı 44 günlük Vətən müharibəsinin şəhidi, "Qarabağ" ordeni, "Şücaətə görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş Şahmar Mənəfovun həyat yoldaşı, Yasamal rayonu 53 nömrəli tam orta məktəbin müəllimi Bəyim Mənəfova deyib.
"Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib. Partiyamızın İdarə Heyətinin hesabatından da göründüyü kimi, VII qurultaydan sonra şəhid ailələri, müharibə veteranları və qazilər daim diqqət mərkəzində saxlanılaraq onların sosial problemlərinin həllinə köməklik göstərilib, bu istiqamətdə çoxsaylı tədbirlər və sosial-humanitar təşəbbüslər həyata keçirilib. Bütün bu fəaliyyətlər böyük əhəmiyyətə malik olmaqla yüksək qiymətləndirilməlidir", - deyə Bəyim Mənəfova qeyd edib.
Digər Xəbərlər
25 Oktyabr 2026 14:08
Yağış yağırsa...
25 Oktyabr 2026 12:32
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağdı
25 Oktyabr 2026 09:32
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
24 Oktyabr 2026 11:05
Bəzi yerlərə güclü yağış, qar yağıb - Faktiki hava
23 Oktyabr 2026 23:34
Zəngəzur parkında Qafqaz bəbiri üç balası ilə - VİDEO
23 Oktyabr 2026 19:13
14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - Nöqsanlar tapıldı
23 Oktyabr 2026 11:10
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
22 Oktyabr 2026 12:21


Bakı -°C

