Sosial xidmətin keyfiyyətinə nəzarət qaydaları müəyyənləşir

Sosial xidmətin keyfiyyətinə nəzarət qaydaları müəyyən edilir.
Adalet.az xəbər verir ki, bu barədə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Bununla bağlı qanunun 28-ci maddəsinə dəyişiklik təklif edilir.
Qanunun qüvvədə olan redaksiyasında sosial xidmət göstərən subyektlər tərəfindən göstərilən sosial xidmətin keyfiyyətinə, səmərəliliyinə, dövlət standartlarının tələblərinə əməl olunmasına nəzarət müəyyən olunsa da nəzarətin hansı qaydada aparılması müəyyən olunmamışdır.
Belə ki, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən etmək məqsədilə qeyd olunan maddəyə dəyişiklik təklif olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Nicat
Digər Xəbərlər

FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Vətəndaşların evdə sosial xidmət almaq hüququ genişləndirilir

Bu şəxslər günərzi sosial xidmətlərlə əhatə olunacaq

Qatarların sürətinə dair məhdudiyyətlər müəyyənləşdi

İlham Əliyev və Mehriban Əliyeva Ağdərədə Novruz tonqalını alovlandırdılar

Bu gün Torpaq çərşənbəsidir

Leyla Əliyeva Bakı Psixologiya Mərkəzində olub - FOTOLAR
