On bir gün gücləndirilmiş rejimdə işləyəcəklər - Faiq QİSMƏTOĞLU yazır
Martın 20- dən 31- ə kimi ölkəmizdə Novruz bayramı ilə əlaqədar olaraq iş olmayacaq.
Bax biz həmin günlər dincələcək, istirahət üçün ölkəmizin müxtəlif bölgələrinə üz tutacağıq. Amma on bir gün müddətində DİN-in bütün strukturları gücləndirilmiş iş rejimində çalışacaqlar. Onlar ictimai asayişi qoruyacaq və bizim təhlükəsizliyimizi təmin edəcəklər. Bu mənada qurumun Əlahiddə Çevik Polis Alayının üzərinə də yüksək məsuliyyət düşür.
Onlar bayram tədbirlərinin təhlükəsiz keçirilməsini, eləcə də ictimai asayişin qorunmasını heç şübhəsiz bu Novruzda da təmin etməyi bacaracaqlar.Əlbəttə, Bakıda Novruz günlərində kütləvi tədbirlər daha çox olur. Dənizkənarı milli parkda, İçərişəhərdə Novruzun gəlişi ilə konsert proqramlarının təşkil edilməsi, kosa ilə keçəlin şirin söhbətləri və eləcə də müxtəlif sənət adamlarının, müğənnilərin çıxışı böyük maraq doğurur.Ona görə də belə tədbirlərə çoxlu sayda insan toplaşır.
Onların təhlükəsizliyini isə polis, o cümlədən Çevik Polis Alayının əməkdaşları qoruyur. Çevik Polis Alayının qəhrəmanlığını biz İkinci Qarabağ savaşında, eləcə də anti-terror əməliyyatları keçirilən zamanda gördük. Gördük ki, onlar necə qəhrəmanlıqla döyüşdülər. Şəhidlərimiz də oldu, qazilərimiz də oldu, amma düşmən üzərində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyümüzü tamamilə bərpa etdik.
Bu bayram günülərində vətənin yolunda canından keçən şəhid polislərimizin yeri Cənnət olsun deyirik. Xidmət edənlərə isə cansağlığı arzulayırıq! Çevik Polis Alayının Xətai, Binəqədi, Suraxanı rayonları üzərə bölükləri həmişə tapşırılan isə məsuliyyətlə yanaşır, ictimai asayişi yüksək peşəkarlıqla təmin edir, cinayətkarlığa qarşı fəal mübarizə aparır və vətəndaşlarla isti, səmimi münasibətlər qururlar.
Ona görə də bu bayram günlərində Çevik Polis Alayının əməkdaşlarının çiyninə böyük məsuliyyət düşür. Sevindirici haldır ki, onlar bu məsuliyyəti dərindən başa düşür və vətənə şərəflə xidmət edirlər!
Digər Xəbərlər
08 Noyabr 2025 18:12
Ərdoğan hərbi paraddan fotolar paylaşdı
08 Noyabr 2025 17:21
Liderlər birgə nahar etdilər - FOTO
08 Noyabr 2025 16:35
Bakıda hərbi parad başa çatdı - YENİLƏNİB + FOTOLAR
08 Noyabr 2025 15:14
Bakıda hərbi paradda aviasiyanın uçuşları - VİDEO
08 Noyabr 2025 15:08
"Vikinq" hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş etdirildi - VİDEO
08 Noyabr 2025 15:01
Ordumuzun yeni "Vaşaq" və "Kobra-2" texnikaları hərbi paradda nümayiş etdirildi
08 Noyabr 2025 14:43
Pakistan hərbçiləri Bakıda paradda
08 Noyabr 2025 14:43


Bakı -°C

