adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 May 2024 13:00
477
SİYASƏT

"Şounun iştirakçısı" olma,  şoumenlər ölkəsinin vətəndaşı qal,  bu yetər! 

Şokdayam!ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin Şuşaya getməkdən imtina etməsi ictimaiyyətdə müzakirələrə səbəb olub. Səfirin addımı xüsusən sosial şəbəkələrin Azərbaycan seqmentində və mediada etirazla qarşılanıb.
Libbi Şuşaya səfər etməməsini belə “əsaslandırıb”:
“Mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm… Odur ki, bunu etməyin vaxtı gələndə edəcəyəm” .


Bir Azərbaycan vətəndaşı olaraq Azərbaycan dövlətinin Azərbaycanın 30 illik işğaldan azad etdiyi ərazilərdə təşkil etdiyi tədbirlər və məclislərin ABŞ vətəndaşını, xüsusən də Azərbaycana təyin edilmiş fövqəladə və səlahiyyət sahibi bir ABŞ siyasətçini niyə bu qədər qıcıqlandırdığı, kinləndirdiyi, əsəbləşdirdiyi məni təəccübləndirdi və əsəbləşdirdi. Əlbəttə qədim oğuz yurdu olan Azərbaycan ərazisi Şuşa bütün dünyanın gözü qarşısında , elə ABŞ dövlətinin baxışları altında təcavüzkar ermənistan tərəfindən işğal edildi. Gördünüz və münasibət bildirməyi özünüzə rəva görmədiyiniz üçün susdunuz.

Amma bu qiyamətə qədər davam edə bilməzdi. Azərbaycan işğalçı düşmən üzərində layiq olduğu qələbəni çaldı. Öz vətəndaşlarının, canı, qanı bahasına ədaləti təmin etdi! İndi bu qələbənin dadını çıxartmağı fərəhlənməyi siz dünyaya “demokratiya” toxumu səpənlər qarşısınızsa, bu açıq deməniz lazım idi. Axı, siz “kiminsə şousunun iştirakçısı olmaq” olmaq kimi bir yetənəyə maliksiniz. Həm də çox peşəkar şəkildə!


Məsələn, ABŞ Konqresinin hər iki palatası qondarma “soyqırımı” tanıyan və pisləyən qətnamələr qəbul edib.Daha dəqiq, ermənilərin ortaya atdığı saxta “erməni soyqırımı” iddialarına, şouların ilk “bravo” deyən ABŞ konqresmenləri və ABŞ prezidentləri olub. 43 il öncə, ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqan, daha sonra ABŞ hazır kı prezidenti Co Bayden artıq 3 ildir ki, ardıcıl olaraq “soyqırım” ifadəsini işlədib.

Bu, olmamış bir “soyqırım” olayının üzərindən 100 ildən də çox keçməsinə baxmayaraq, əldə heç bir fakt subut olmadığı halda böyük bir dövlətin cırtdan Ermənistan üçün yalan, riya şousuna niyə bu qədər yaxından ortaq olur, anlamaq çətindir. ABŞ Senatı isə bunu 2019 –cu ildə soyqırım olaraq, tanıyan rezolyusiyayı qəbul etdi. Saxta “soyqırım” artıq ölkənin 50 ştatında da tanınır.. Bu erməni şousunun iştirakçısı olmaq deyilmi cənab Libbi?


Ermənistan müstəqil olandan bu günə qədər oraya təyin etdiyiniz səfirlər həmin şounun bir parçasına çevrilməyibmi? ABŞ-n Ermənistanda göndərdiyi bütün səfirlər, xüsusəndə səfir Linn Treysi açıqlama və hərəkətləri ilə Azərbaycanın əsəblərini azmı tarıma çəkdi? "USAID Armenia"nın direktoru Con Allelo ilə birlikdə Zəngəzura və Azərbaycan sərhədlərinə gələrək dünyaya hansı mesajı verdilər, erməni şousunun qəhrəmanları oldular, bilirsinizmi?
Hələ ermənilərin saxta tarixinin beynəlxalq ictimaiyyətə sırınması uğrunda “mübarizə aparanlardan biri olan ABŞ Konqresinin Aşağı Palatasının (Nümayəndələr Palatası) sədri Nensi Pelosinin saxta erməni soyqırım abidəsində tökdüyü saxta gözyaşları kimin, hansı ölkənin daha çox şou həvəskarı olduğunu göstərir.

Bir neçə gün əvvəl ABŞ konqresmenləri - Frank Palon, Ceki Sper, Qus Bilirakis və Adam Şif və digər ABŞ konqresmenlərində 66 nəfər Azərbaycana sanksiya tətbiq edilməsini tələb edən sənədin konqresə təqdim etməklə konqresmendən daha çox “şoumen olduqlarını ortaya qoymadılarmı?

Yeri gəlmişkən, qatı ermənipərəst Frank Pallon 1995-ci ildə ABŞ Konqresində “Erməni qrupu” (Armenian Caucus) adlı erməni məsələləri üzrə qrupu yaradan iki şəxsdən biridir. Elə bu qrupda təmsil olunanlar erməni lobbisinin ən fəal üzvləri kimi hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayan zaman ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan azadlığı müdafiə aktına 907-ci düzəlişin qəbul olunmasına nail olan konqresmenlərdir.
Hazırda Başqa Prezident C. Bayden və hazır ki, konqresmenlərin ədalətsizliyə qapılar açan şou göstərməsi niyə sizi düşündürmür?
Niyə ABŞ höküməti BMT-nin qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin düz 30 il kağız üzərində qalmasına susdu? Azərbaycanın haqq səsinə məhəl qoyulmadı?

Cənab Mark Libbi, Şuşaya getməyiniz elə də vacib deyil, Vallah! Əsas odur ki, azərbaycanlılar və azərbaycanlıları sevənlər ora gedə bilir. Siz isə professional səviyyəyə çatmış şoularda iştirakçı olmağa davam edin...


Əntiqə Rəşid