Şövkət Zərin Horovlunun “Axırıncı gediş” romanı haqqında…- Mənzər Niyarlı yazır

«AXIRINCI GEDİŞ» ROMANININ TARİXİ QƏHRƏMANLARI
Azərbaycanın tanınmış şair və yazıçısı Şövkət ZərinHorovlu «Axırıncı gediş» romanını CənubiAzərbaycanda və Əfqanıstanda baş verən milli azadlıqhərəkatına həsr etmişdir. Müəllifin ilk iri həcmli«Açılmamış zərf» əsərində sırf Əfqanıstan həyatından, orda baş verən vətəndaş müharibəsindən, ixtişaşlardan,Sovet qoşunlarının Kabil şəhərindəkiözbaşınalıqlarından danışılırsa, bu əsərdə isə müəllifCənubi Azərbaycanda vətənini azad görmək istəyən,bir neçə dəfə şah rejiminə qarşı üsyan edən və buüsyanı Əfqanıstanda davam etdirən, sonda süqutauğramış soydaşlarımızın faciəli həyatları qələməalınmışdır. Əsərin ilk səhifələrində Səttarxan məşruta(konistusiya) inqilabı, onun 1905-1911-ci illərdəkifəaliyyəti yada salınır. Təəssüf ki, İran–russövdələşməsi sayəsində, eyni zamanda aralarındakısatqınların olması ucbatından irticacı şahın əmriləsəttarxançıların inqilabi mübarizəsinə son qoyulur, vətən təəssübkeşlərin çoxu zindana salınır, öldürülür. Çox keçmir ki, 1920-ci ildə əsas qərargahları Rəştşəhərində yerləşən Gilan «Cəngəlliləri» (Meşəadamları) hərəkatı başlayır. Ancaq Gilan hərəkatı dadarmadağın edilir. Vətən uğrunda mübarizəyə qalxanfədailərin sağ qalan üzvləri ölkəni tərk etməli olurlar.Bu fədailərin içərisində əsərin qəhərmanı Əbdülqədirxan da vardı. Müəllif onun timsalında özlərinivətəninin azadlığı yolunda mücadilə edənsoydaşlarımızın faciəli həyatlarını çox təbii şəkildətəsvir etmişdir. Ən yaxın silahdaşlarından olan Kiçikbəylə Ehsənulla xan öldürüldükdən sonra Əbdülqədir ailəsini, oğlunu vətənindən çıxartmaq qərarına gəlir. Yolda şaxtalı, qarlı havada həyat yoldaşı soyuqdan donur. Qadını çox çətinliklə Əbdülqədir xan dəfn edir, oğlu Osmanı isə şaxtadan qarşılarını kəsən canavarlardan qorumaq üçün koğuşların birinə salır, sonra çox çətinliklə gizləndikləri yerdən çıxaraq sərhədə yaxınlaşıb Əfqanıstana keçir, Kabil şəhərinə gələrək orda məskunlaşır. Bu fədailərin keşməkeşli ömür yolunu oxuduqca müəllifin tarixi dərindən bilməyi və hadisələrə həssas münasibətinin şahidi oluruq.
Ədəbiyyatşünas Sərvaz Hüseynoğlu roman haqqında təəssüratını belə ifadə edir. «Romanda yurd–vətən sevdalı obrazlarının hər birinin faciəli, həyatı ağrılı bir dillə təsvir olunur. Səlis, aydın dil, uyarlı təhkiyə, üslub zənginli, müəllifin tarixə mükəmməl bələdiliyi (və yüksək vətəndaşlıq duyğusu) bütün hallarda əsərin oxunaqlığını, üstün ədəbi–bədii məziyyətlərini təmin edir».
Əbdülqədir Əfqanıstanda təqiblərə məruz qalsa da burada da öz inqilabi fəaliyyətini davam etdirir, hətta artıq feodal əfqan həyatına alışan Osman da atasının yolu ilə gedir. Əfqan xalqının ağır həyatına, yoxsulluğuna, zalım şahın qəddarlığına dözə bilmir və Əfqanıstanda demokratik ölkə qurmaq istəyən fəallara qoşulur.
Müəllif əsərdə tez–tez keçmişə qayıdır. Osman xanın xatirələri vasitəsilə Əbdülqədirin gənclik həyatı yada salınır. Osman xan Təbrizdə, Ərdəbildə, Rəştdə baş verən ixtişaşlara, haqsız yerə dinc əhaliyə qarşı edilən işgəncələrə etirazını bildirən və buna görə də qəddar atası tərəfindən evdən qovulan, İran şahın göstərişilə hüququ əlindən alınan Əbdülqədir xanın əzablı həyatını göstərməyə çalışır. Eyni zamanda artıq yaşa dolmuş atasının burada da Zair şahın adamları tərəfindən təqib olunduğunu görüb narahat olur. Əbdülqədir xan dostu Cəlalədin xanla birgə Qarabağ qəryəsində onun açdığı məktəbdə uşaqlara dərs deyir, gizli yolla xalqın gözünü açmaq məqsədiylə ölkədə başverən haqsızlığı, zülmü əks etdirən «İşıq» qəzetinə kəskin məqalələr yazır. Osman xan atasının siyasi fəaliyyətindən uzaqlaşdırmaq istəsə də Əbdülqədir xan, hətta Zair şah onu yanına çağırıb eyhamla hədələsə də, əqidəsindən dönmür. Elə ona görə də Əbdülqədir Zairşahın əmrilə gecə yatdığı yerdə qətlə yetirilir.
Şövkət xanım keçən əsrin yetmişinci illərində bir neçə il Əfqanıstanda yaşamış, orda baş verən siyasi prosesləri yaxından izləmişdir. Hiss olunur ki, müəllif əsəri ürəkağrısı ilə yazıb. Əfqan xalqının ac, yalavac, yoxsulluq içərisində yaşayan, bir parça çörək üçün qapılarda nökərçilik edən nəfərlərin (kişilərin), xüsusən hüquqsuz, məktəbdə oxumaqlarına qadağan edilən qadınların acı taleləri onu sarsıdırdı. Bir tərəfdən də Sovet qoşunlarının Əfqanıstanı zəbt etməyi də müəllifi qəzəbləndirirdi. Burda rusun məqsədi ədaləti bərpa etmək, əhalinin rifahını yaxşılaşdırmaq adı altında öz çirkin siyasətini həyata keçirmək idi.
Roman XI fəsildən ibarətdir. Fəsillərin birində yerli puştuların, zalımlığı onların türk millətinə qarşı qərəzlimövqeyi, xəzərilərə düşmən gözü ilə baxmaları təsvir olunur. Varlı puştular gəlmə xəzəriləri (türk əsilli insanları) incidir, qadınlarını qapılarında nökər kimi işlədir, kişilərinə dövlət idarələrində işləmələrinə qarşı çıxırdılar. Əbdülqədir xan kimi savadlı, ədalətli insanlarsa öz soydaşlarının müdafiəsinə qalxaraq onların təhsil almalarına, işlə təmin olunmasına yardımçı olurdular.
Əsərdə maraqlı qadın obrazları da diqqət çəkir. Osman xanın oğlu Mahmudun sevgilisi – müəllimə Səriyyə, itkin düşən fədai ağayi Rzanın yolunu gözləyən Şiringül, valideynləri ev sahibi tərəfindən öldürüldükdən sonra qardaşı Cəlaləddinlə didərgin həyatı surən Gülxarə və s.
Kimsəsiz Şiringül sevgilisi ağayi Rzanın öldüyünü eşidən kimi özünə qəsd edir.
Səriyyə ilə Mahmud bir–birilərini sevsələr də Mahmudun qardaşı Rüstəmin xainliyi ucbatından iki sevgili uzun müddət bir–birlərindən ayrı düşürlər. Qəryədə Səriyyə məktəbdə dərs dediyi üçün Molla Kadirin fitvasıyla daş–qalaq olunur. Gənc nəslin savadlanması üçün əlindən gələni əsirgəməyən bu qorxmaz qız bizə Cəfər Cabbarlının Almazını xatırladır. Səriyyəni özünə övrət etmək istəyən molla Kadir ondan rədd cavabı aldığı üçün adamları bu cəsur, qorxmz qıza qarşı qaldırır, uca səslə: «Yandırın bu qəryənin adına ləkə gətirən, əxlaqsızlıq yuvasını. Dinimizə, imanımıza şəkk eləyib qızlarımızı itaətsizlikdərsi deyən bu kafiri qovun bu qəryədən. Ay müsəlmanlar, kim islam ümmətinə sığınırsa daş atsınbu kafirə» deyir.
Çox təqdirəlayiqdir ki, müəllif əsərdə Əfqanıstanda yaşayan soydaşlarımızdan, onların hansı əsrdə bu torpaqlara köçməsindən də bəhs edir. XVIII əsrdə Nadir şah Əfşarın qoşunları bu ərazilərə yürüşləri zamanı minlərlə Qızılbaşlar burda məskən salmışdılar. Nəinki Güney azərbaycanlılar, həm də Qarabağdan, işğalçı rus qoşunları tərəfindən Gəncəyə hücumda 1904-cü ildə Cavad xan öldürüldükdən sonra, onun tərəfdarları ruslar tərəfindən torpaqları alınıb ermənilərə verildiyi üçün bu haqsızlığa dözməyən xanlarımızın, bəylərimizin çoxu Əfqanıstana köç etmiş, burada məskunlaşarkən bu böyük ərazilərə öz dədə–baba yurdunun adını vermişlər. Qarabağ qəryəsi, Nənəkçi qəryəsi və s. Müəllif Əfqanıstanda olarkən kökü Güney və Quzey Azərbaycandan olan soydaşlarımıza, xüsusən qadınlarımıza rast gəlib, onların həyat tərzləriylə maraqlanıb. Azərbaycan əsilli olan bu qadınların Əfqan, Pakistan qadınlarından fərqli geyimləri, danışıq tərzləri, uz quruluşlarının türk qadınlarına oxşarlığı müəllifin diqqətini cəlb edib. Həm də yazarın qeyd etdiyi kimi, neçə əsrdir ki, burada yaşayan soydaşlarımız öz adət–ənənələrimizi, milli bayramlarımızı mərasimlərimizi qoruyub saxlayıblar.
Əsərdə biz Qarabağ qəryəsində məskunlaşan vətənpərvər Əbdülqədir xanın davamçıları olan nəvələri (Osman xanın oğlanları) Mahmudla Rüstəmin də inqilabı fəaliyyəti ilə tanış oluruq. Bir atadan, bir anadan olan bu iki qardaşın əqidələri, tutduqları mövqeləri başqa – başqadır. Əgər Mahmud inqilabçılara qoşulub şah üsul–idarəsinə qarşı mübarizə aparırsa Rüstəmsə rus bolşevizmə meyillidir. Rüstəm onların təsiri altında atasına, vətən uğrunda mücadiləedən fədailərə qarşı çıxır. Ruslar tərəfindən sovetlər ölkəsinə oxumağa göndərilir. Bir müddət keçmir ki, Nataşa adlı cəsus bir qızla evlənib Kabilə qayıdır. Sonda Rüstəm tutduğu əməldən peşiman olur. O da çox keçmir ki, babası kimi terrorçular tərəfindən öldürülür.
Müəllif «Axırıncı gediş» əsərində unudulan, yaddan çıxan hadisələri qələmə alaraq tarixi dərindən bildiyi üçün oxucunu məlumatlandırır. Sərvaz Hüseynoğlunun dediyi kimi: «Axırıncı gediş» bütün məziyyətləri ilə,hər şeydən əvvəl, bir vətənpərvərlik, yenilməzlik, əhdəvəfa, sədaqət dərsliyidir və yaxud «Şövkət Zərin Horovlunun tarixə hədsiz bələdliyinin aşinalığının heyranı olmaya bilmirsən».
Əfqan xalqı həmişə, indinin özündə də təlatümlər içərisindən yaşayıb və yaşayır da. Müəllifin əsərin sonluğunda yazdığı sözləri ilə desək «…tutqun payız günəşi gah görünür, gah da dörd yandan Kabilin üstünə əyilən dağların arxasında yox olurdu. Əsrlərlə həsrətin çəkdikləri bu Azadlıq günəşi Əfqanıstanın dumanlı göylərində bir də görünəcəkmi. Kim bilir.»
Şövkət Zərin Horovlunun «Axırıncı gediş» romanı gerçəkliyi, tarixi hadisələri dolğun, düzgün əksetdirmək, həyat həqiqətlərini, eyni zamanda hər bir obrazın canlı təsviri baxımından öz dəyərli yerini tutub və tutacaq da. Həm də əminliklə deyə bilərəm ki, bu əsər oxucular tərəfindən maraqla qarşılanacaq.
Digər Xəbərlər

YAZIÇI SÖZÜ VƏ OXUCU ETİRAFI - Səlbi Baxış

"Ulduz"lu görüşlər"in növbəti qonağı Azər Turan olub - FOTOLAR
jpg-1744439969.jpg)
19 yaşına 28 insanı ölümdən qurtaran igid: Rahib Məmmədovun xatirə gecəsi
