Söyüş faydalı çıxdı
Böyük Britaniya və İsveçdə aparılan yeni bir araşdırma, söyüşün insanları güldürməkdə, qəzəblə mübarizədə və ağrıları azaltmaqda təsirli olduğunu müəyyən edib. Təhqiredici ifadələrin işlədilməsinin daha “inandırıcı” olduğu da qiymətləndirilmişdir.
İngiltərədə Westminster, Keele və Ulster kimi nüfuzlu universitetlərin qatıldığı araşdırmada söyüşlə bağlı 100 akademik araşdırma araşdırılıb və söyüşün mümkün faydaları müəyyən edilib. Araşdırmada qeyd edilib ki, söyüş emosiyaları ifadə etmək üçün güclü vasitə ola bilər.
Tədqiqatda söyüşün aqressivlik, zəif dil bilikləri və hətta aşağı intellekt əlaməti olduğu güman edildiyi üçün ciddi bir araşdırma mövzusu kimi uzun müddət diqqətdən kənarda qaldığı, yeni tapıntıların isə tədqiqatçıların təbiəti və gücü yenidən düşünməyə sövq etdiyi vurğulanıb. Tədqiqatda təsadüfi söyüşlər qorxu, sevinc, qəzəb və həyəcan kimi duyğuları, həmçinin yumor və həmrəylik kimi hissləri ifadə etməyə kömək etdiyi müəyyən edilib.
Akif
Digər Xəbərlər
15 Sentyabr 2026 18:06
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc - FOTOLAR
14 Sentyabr 2026 17:20
“Amerikalılar ingilis dilini heç kimə sırımırlar”
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37


Bakı -°C

