SPECA-Azərbaycan əlaqələri yeni inkişaf mərhələsində

Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarda qazandığı nüfuz ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu siyasət Azərbaycanın müttəfiqlərinin artmasına, haqq səsinin beynəlxalq tribunalarda dəstəklənməsinə gətirib çıxarıb. Bununla yanaşı bir sıra mühüm tədbirlərin Bakıda keçirilməsi də onu deməyə əsas verir ki, Azərbaycanda təhlükəsizlik və siyasi diskusiyalar üçün əlverişli ölkədir. Bu baxımdan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının 25-ci ildönümünə həsr olunan Zirvə görüşünün Bakıda, Heydər Əliyev Mərkəzində keçirilməsi böyük önəm kəsb edib.
Quruma sədrlik edən Azərbaycanın təşəbbüsünə verilən müsbət qiymət və Zirvə görüşünün reallaşması hazırkı vəziyyətdə əlaqələrin dərinlənməsindən xəbər verir. Onu da nəzərə alsaq ki, Zirvə görüşünün ilk dəfə reallaşması və bu tədbirin Bakıda keçirilməsi Prezident İlham Əliyevin qətiyyətindən xəbər verir. Beynəlxalq siyasətlə yanaşı Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanın iqtisadi qüdrəti artıb. Bu istənilən nöqteyi nəzərdən özünü daha qabarıq şəkildə büruzə edir.
Son illərdə dünyanın istənilən yerlərində olan münaqişə, təbii fəlakət və bu yöndə edilən yardım kompaniyalarında Azərbaycan ilk sırada gəlir. İstər Türkiyədə baş verən təbii fəlakət zamanı, istər Ukrayna hadisələri istərsə də beynəlxalq təşkilatların nəznində yaradılan Fondlara yardımda ölkəmiz xüsusilə seçilir. Bu baxımdan SPECA Etimad Fondunun yaradılması müsbət haldır və Cənab Prezident Zirvə Görüşündə çıxışı zamanı bu məsələyə toxunaraq Azərbaycanın Fonda 3,5 mln dollarlıq yardım edəcəyini bəyan etdi.
Qarabağ müharibəsindən əldə olunan qələbə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bu qələbə həm də ölkəmizlə Mərkəzi Asiya ölkələri arasında mühüm əlaqələrin qurulmasını da şərtləndirir. Belə ki, Qazaxıstan Prezidentinin xüsusi təşəbbüsü ilə Füzulidə orta məktəbin tikilib istifadəyə verilməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasını göstərir.
Bundan başqa yaxın gələcəkdə reallaşacaq Zəngəzur dəhlizi Aazərbaycan və Mərkəzi Asiya ölkələri arasında infrastruktur, iqtisadi, mədəni əlaqələrin dərinləşməsinə gətirib çıxaraq. Bu dəhliz Mərkəzi Asiya ölkələri ilə yanaşı türk dünyasının siyasi-iqtisadi birləşməsi üçün böyük bir dəyərə çevrilir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı
Digər Xəbərlər
27 Oktyabr 2025 08:12 Azadlıqdan sonra dirçəliş
27 Oktyabr 2025 08:10 Azərbaycan-Qazaxstan münasibətləri strateji əhəmiyyət daşıyır
27 Oktyabr 2025 08:10 Qubadlı - Azərbaycan xalqının qürur mənbəyi
25 Oktyabr 2025 08:52 Qubadlı – Zəfər tariximizin qürur simvolu
25 Oktyabr 2025 08:13 Qubadlı- Yeni inkişaf dövrünü yaşayır
24 Oktyabr 2025 08:50 Tarixi uğurumuzun Qubadlı səhifəsi
23 Oktyabr 2025 10:01 Prezident İlham Əliyevin Qazaxıstana səfəri mühüm strateji əhəmiyyət kəsb edir
20 Oktyabr 2025 13:48 

Bakı -°C 






