Spiker Aleksandr Beqlovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin mehriban qonşuluğa və qarşılıqlı anlaşmaya əsaslandığı, əlaqələrimizin bir çox sahələri əhatə etdiyi qeyd olunub. Bu səfərin də ölkələrimiz arasında əlaqələrin bir göstəricisi olduğu bildirilib. Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının şəxsi münasibətlərinin rolu xüsusi vurğulanıb.
Milli Məclisin sədri xalqlarımız arasında əsrlər boyu davam edən tarixi əlaqələrin mövcud olduğunu, bu münasibətlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Spiker Rusiyada baş vermiş terror hadisəsi ilə əlaqədar başsağlığı verib.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin inkişafında parlamentlərin mühüm rolu vurğulanıb. Qeyd olunub ki, Milli Məclis həm Federasiya Şurası, həm də Dövlət Duması ilə sıx əməkdaşlıq edir. Qarşılıqlı səfərlər, tərəflər arasında müsbət dialoq bu əlaqələrin daha da inkişafına töhfə verir. Dostluq qruplarının qarşılıqlı fəaliyyətinin münasibətlərimizin dərinləşməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
S.Qafarova özünün Rusiya Federasiyasına rəsmi səfərlərini xatırladaraq, Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun bu əlaqələrin daha da inkişafına imkanlar yaratdığını vurğulayıb. O, qanunvericilik orqanlarımızın komitələri arasında əməkdaşlıq məsələlərinin də nəzərdən keçirildiyini söyləyib.
Milli Məclisin Sankt-Peterburq Qanunvericilik Məclisi ilə əlaqələrinin olduğu, Qanunvericilik Məclisinin üzvlərinin ölkəmizə səfər etdiyi də xatırlanıb.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Azərbaycan Respublikası ilə Sankt-Peterburq şəhəri arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılmasının 20-ci ildönümü münasibətilə ölkəmizə səfər etdiyini xatırladıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi xoş xatirələrlə yad edən qubernator deyib ki, bu müdrik şəxsiyyətin əsasını qoyduğu siyasi kursu bu gün Prezident İlham Əliyev böyük uğurla davam etdirir. O, ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunduğunu xatırladaraq, Sankt - Peterburq şəhərində də geniş tədbirlərin keçirildiyini bildirib.
Qonaq söhbət zamanı, həmçinin paytaxt Bakı şəhəri haqqında da xoş xatirələrini bölüşüb və şəhərimizin inkişafının qonaqlarda dərin təəssüratlar yaratdığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
16 Sentyabr 2026 22:00
Asip Kayanın Naxçıvanda fəaliyyəti başa çatır
16 Sentyabr 2026 21:44
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
16 Sentyabr 2026 21:30
Müharibələrin qısa zamanda dayanacağı inandırıcı deyil... - Səxavət Məmməd yazır
16 Sentyabr 2026 17:11
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşdü
16 Sentyabr 2026 14:58
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır
16 Sentyabr 2026 13:35
“Erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırırıq”
16 Sentyabr 2026 12:55
Hakan Fidan: "Türkiyə və Azərbaycan iki sabitlik adasıdır"
16 Sentyabr 2026 11:35


Bakı -°C

