“Sputnik-Azərbaycan”da əməliyyat keçirildi - Saxlanılanlar var + YENİLƏNİB

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.
Əlavə məlumat veriləcək.
***13:55
Hüquq-mühafizə orqanlarının “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi ilə bağlı məlumat Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib.
Adalet.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən TASS-a bildirilib.
"Təsdiq edirik. Əməliyyatla bağlı əlavə məlumat veriləcək", - deyə rəsmi açıqlamada qeyd olunub.
***12:44
Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
Adalet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.
Digər Xəbərlər

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı - AÇIQLAMA + VİDEO

Qohum nikahlarının qarşısı necə alınacaq? - Nazirlik AÇIQLADI

Kremldən Yekaterinburq hadisələri ilə bağlı AÇIQLAMA
