"Starlink"in 24 yeni peyki orbitə çıxarılıb
"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet şəbəkəsinin orbit qrupunu yeniləmək üçün 24 mini-peyki orbitə çıxarıb.
Adalet.az xəbər verir ki, bu barədə "SpaceX" şirkəti məlumat yayıb.
Bu, ilin əvvəlindən "Starlink" aparatlarının 13-cü buraxılışıdır. Raket Kaliforniyadakı Vandenberq ABŞ Kosmik Qüvvələr bazasında yerləşən SLC-4E buraxılış meydançasından buraxılıb.
Daşıyıcı raketin ilk pilləsi Sakit okeanda "Of Course I Still Love You" dəniz platformasına idarəolunan şaquli eniş edib.
Qeyd edək ki, 2019-cu ilin may ayından etibarən "SpaceX" şirkəti "Starlink" layihəsi çərçivəsində 11.1 mindən çox belə peyk buraxıb. Onların bir hissəsi fəaliyyətini dayandırıb və ya orbitdən çıxıb. 9.6 mindən çox aparat orbitdə işlək vəziyyətdədir.
Hal-hazırda "Starlink" şəbəkəsi dünyanın 160 ölkə və ərazisini əhatə edir.
Digər Xəbərlər
10 Mart 2026 21:00
İran İsrailə ballistik raketlərlə hücum edir
10 Mart 2026 20:51
İsrail Kirmandakı neft bazasını VURDU - VİDEO
10 Mart 2026 20:43
Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
10 Mart 2026 20:35
İmamoğlunun məhkəməsindən görüntüləri yayan şəxslərlə bağlı araşdırma başladıldı
10 Mart 2026 20:19
Zelenski və Ərdoğan İran ətrafındakı vəziyyəti müzakirə etdilər
10 Mart 2026 20:01
Uydurma tərcümeyi-halı ilə 350 milyon dollarlıq startapın baş direktoru oldu
10 Mart 2026 19:42
Merkel, Zelenski və Valensa Avropa Xidmət Ordeni ilə təltif olunublar
10 Mart 2026 19:22


Bakı -°C

