Stoltenberq: Rusiya ilə dialoq bərpa olunmalıdır
“Ukraynada müharibəyə son qoyulması üçün Rusiya ilə dialoq bərpa olunmalıdır”.
Adalet.az xəbər verir ki, bu fikirləri “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Bununla yanaşı, o qeyd edib ki, 2014-cü illə müqayisədə rəsmi Moskva ilə müzakirələrin aparılması üçün meydan kifayət qədər daralıb:
“Mən əvvəl olduğu kimi indi də Rusiya tərəfi ilə dialoqun tərəfdarıyam. Lakin bunun üçün biz daha güclü olmalıyıq. Yadınızdadırsa, mən bu vəzifəyə seçildikdən sonra Rusiya-NATO Şurasının fəaliyyətini bərpa etmişəm. Həmin dövrə qədər bu qurumun iclasları keçirilmirdi. Bu gün Ukraynada müharibənin dayandırılması üçün müəyyən vaxtdan sonra Rusiya tərəfi ilə dialoq bərpa olunmalı, aparılacaq bütün müzakirələr Ukraynanın gücünə əsaslanmalıdır”.
Digər Xəbərlər
01 Sentyabr 2026 19:43
"Apple" şirkətinin direktoru istefa verdi - Yeni təyinat
01 Sentyabr 2026 19:33
Ukrayna dənizə çıxış imkanını İTİRDİ
01 Sentyabr 2026 18:44
Putinlə Ərdoğanın görüşü oldu - Müzakirə edilən məsələlər
01 Sentyabr 2026 17:58
Kosmosa uçan ilk jurnalist vəfat etdi
01 Sentyabr 2026 16:59
"Əminəm ki, qalib gələcəyik" - Pezeşkian
01 Sentyabr 2026 16:21
Putin danışdı, Peskov yatdı - VİDEO
01 Sentyabr 2026 16:14
"Türkiyə sülh və sabitlik naminə səylərini davam etdirir" - Ərdoğan
01 Sentyabr 2026 14:10


Bakı -°C

