Suares “Yuventus”a keçmək üçün fırıldaqçılığa əl atıb?
“Barselona”nın hücumçusu Luis Suarez İtaliya pasportu aldığı zaman dil imtahanı verərkən qanun pozuntusuna yol verib.
Bu barədə İtaliyanın Maliyyə Qvardiyasından bildirilib.
Qeyd olunur ki, italyan dili imtahanındakı test sualları 33 yaşlı hücumçu ilə razılaşdırılıb. Nəticədə uruqvaylı futbolçu B1 səviyyəsini əldə edib. Bu da onun italyan dilində sərbəst danışa bildiyini və demək olar ki, bütün deyilənləri anladığını ifadə edir.
Suaresin aparılan iş çərçivəsində ifadəsinə müraciət ediləcək.
Xatırladaq ki, Suares “Yuventus”a keçmək üçün italyan dili imtahanı vermişdi, lakin transfer baş tutmamışdı.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00