Sükan arxasında əyləşmiş hər adam...
Elə bir gün yoxdur ki, ölkəmizdə yol-nəqliyyat hadisəsi baş verməsin və zaman ölən və xəsarət alan olmasın.
Bu , o deməkdir ki, hələ də çoxlu sayda yol hərəkəti qaydalarına əməl etməyən sürücülər var. Bəs bu sürücülər niyə qanunlara əməl etmir və məsuliyyətsiz hərəkət edirlər? Görünür, hələ də aramızda bu cür sürücülər az deyil. Və bir də sükan arxasında olan hər adama sürücü demək olmaz.Düzdür, onların sürücülük vəsiqəsi də var, amma belələrinin sadəcə olaraq məsuliyyətləri yoxdur.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Hacıyev deyir ki, hər bir sürücü sükan arxasına əyləşən kimi, məsuliyyəti hiss etməli, birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etməlidir. Əgər sürücülər də, daxil olmaqla bütün hərəkət iştirakçıları qanunlara riayət etsələr, çoxlu sayda yol-nəqliyyat hadisələri baş verməz, ölüm və xəsarət halları artmaz!
Emil Faiqoğlu