Sükan arxasında infrakt keçirən sürücü qəza törətdi

Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.
Adalet.az xəbər verir ki, hadisə 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıqfora çırpılıb.
Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.
Məlum olub ki, avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü İlqar Usubov sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Ağdamda insan sümükləri TAPILDI

Azərbaycanlı hərbi jurnalist vəfat etdi

Təmizlik işçilərinin maaşı kəsilib? - Video

Ağdərədə minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB

Qəbələyə istirahətə gedən 4 yaşlı uşaq hovuzda boğularaq ölüb

Şəki-Oğuz yolunda qəza - Ana və övladı xəsarət aldı

20 nəfərin xəsarət aldığı qəzadakı mikroavtobus qanunsuz işləyirmiş - Rəsmi
