05 Iyul 2024 13:42
286
SİYASƏT

"Sülh müqaviləsini imzalamağa hazırıq" - Simonyan

Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanmasında heç bir gecikmə yoxdur. 

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan ABŞ senatoru Rocer Uikerlə keçirdiyi birgə mətbuat konfransında deyib. 

"Biz sülh müqaviləsini imzalamağa hazırıq. Deyə bilərik ki, həmin məsələ ilə bağlı top Azərbaycanın meydançasındadır", - Simonyan bildirib.

Demarkasiya komissiyalarının reqlamentinə dair razılaşmaya gəlincə, Simonyan bildirib ki, proses davam edir.