adalet.az header logo
  • Bakı -°C
07 Mart 2026 10:22
73
İDMAN
A- A+

"Sumqayıt" "Karvan-Yevlax" səfərində

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIII tura start veriləcək.

Adalet.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son turlarda qeyri-sabit çıxışı ilə diqqət çəkən "Sumqayıt" səfərdə "Karvan-Yevlax"ın qonağı olacaq. Saat 15:00-da başlayacaq matçı Əli Əliyev idarə edəcək.

Turnir cədvəlində Sumqayıt təmsilçisi 31 xalla 6-cı, Yevlax klubu isə 7 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.

Turun digər oyunları martın 8-i, 9-u və 10-da keçiriləcək.