28 Iyun 2024 12:57
337
İDMAN

“Sumqayıt” sabiq futbolçusunu geri qaytardı

“Sumqayıt” komandası heyətinə yeni futbolçu qatıb.

Klubdan Adalet.az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi sabiq futbolçusu Rəhim Sadıxovu yenidən transfer edib. Onunla 2+1 illik müqavilə imzalanıb.

Azərbaycan millisinin üzvü son olaraq “Zirə”də çıxış edib.

Qeyd edək ki, Rəhim Sadıxov 2019-2022-ci illərdə də “Sumqayıt”ın formasını geyinib.