adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2025 17:16
55
KRİMİNAL
A- A+

Sumqayıtda 28 kq narkotik vasitə satmaq istədilər - VİDEO

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Adalet.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan Abdullayev saxlanılıblar. 

Onlardan ümumilikdə 28 kiloqram 200 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.  Narkotiklərin dövriyyəsində T.Əhmədzadə və O.Abdullayevlə əlbir olan digər şəxslərin də müəyyən olunması istiqamətində əməliyyatlar davam etdirilir.