Bu bazarda quş kəsimi yerinin fəaliyyəti dayandırıldı - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən növbəti nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, əhali arasında “8-ci km” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda plandankənar yoxlama aparılıb.
Agentlikdən Adalet.az-a verilən məlumata görə, nəzarət tədbirləri zamanı süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların satış bölmələrində məhsulların açıq şəraitdə, tələb olunan soyuducu avadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib.
Eyni zamanda, bazarın daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə həyata keçirdiyi məlum olub. Aşkarlanan faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı, ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır.
Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən quş kəsimi yerinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.
Digər Xəbərlər
24 Noyabr 2025 17:47
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - FOTOLAR
24 Noyabr 2025 16:23
Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlandı
24 Noyabr 2025 15:48
Rövşən Rzayev keçmiş məcburi köçkünlərin müraciətləri dinlədi - FOTO
24 Noyabr 2025 14:35
Ötən həftə azad olunan torpaqlarda 1 500 hektardan çox ərazi minalardan təmizlənib
24 Noyabr 2025 12:39
QMİ-dən Həcc ziyarətinə getmək istəyənlərə ÇAĞIRIŞ
24 Noyabr 2025 12:23
Sabah 21 dərəcə isti olacaq
24 Noyabr 2025 10:44
Bu gündən qadın avtobus sürücüləri vəzifələrinin icrasına başlayıb
24 Noyabr 2025 09:52


Bakı -°C

