Rövşən Rzayev keçmiş məcburi köçkünlərin müraciətləri dinlədi - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev noyabrın 24-də Biləsuvar rayonunda vətəndaşları qəbul edib.
Adalet.az xəbər verir ki, qəbulda, əsasən Cəbrayıl və Biləsuvar rayon sakinləri iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.
Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb. Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.
Digər Xəbərlər
24 Noyabr 2025 16:23
Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlandı
24 Noyabr 2025 14:35
Ötən həftə azad olunan torpaqlarda 1 500 hektardan çox ərazi minalardan təmizlənib
24 Noyabr 2025 12:39
QMİ-dən Həcc ziyarətinə getmək istəyənlərə ÇAĞIRIŞ
24 Noyabr 2025 12:23
Sabah 21 dərəcə isti olacaq
24 Noyabr 2025 10:44
Bu gündən qadın avtobus sürücüləri vəzifələrinin icrasına başlayıb
24 Noyabr 2025 09:52
Özünə şəhidlik arzuladı, əsir qadını azad etdi – Pəncəlinin ata evindən REPORTAJ - FOTOLAR
24 Noyabr 2025 09:06
Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salındı
23 Noyabr 2025 13:54


Bakı -°C

