Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlandı
Hazırda Xankəndi, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən çox sakin məskunlaşıb. Bir neçə yaşayış məntəqəsində təmir-bərpa işləri davam etdirilir.
Adalet.az xəbər verir ki, bu fikirləri noyabrın 24-də Xankəndi şəhərində “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Səyyar Gənclər Xidməti” layihəsinin Qarabaq Universitetində keçirilən tədbirdə Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov səsləndirib.
O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərinin sürətlə davam etdiyini, regionda infrastruktur layihələrinin də intensiv şəkildə həyata keçiridiyini, yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemlərinin qurulduğunu vurğulayıb.
Sahibkarlığın inkişafı və məşğulluğun artırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi dəstək proqramları çərçivəsində insanlara yeni iş imkanları yaradılıb.
Bundan başqa gənclərin sosial fəallığının və təhsilinin ölkənin davamlı inkişafı üçün vacibliyini qeyd edən S.Qəhrəmanov, Xankəndidə yerləşən Qarabağ Universitetinin bölgənin intellektual və sosial inkişafında xüsusi rol oynadığını vurğulayıb. Hazırda universitetdə 2000-dən çox tələbə təhsil alır və onlar müxtəlif sosial-innovativ layihələrdə iştirak edirlər.
Qeyd edilib ki, bölgənin davamlı inkişafı və sakinlərin öz doğma torpaqlarına qayıdışı məsələsi dövlətin prioritet vəzifələrindən biridir və bu tədbir də regionda gənclərin inkişafı, həm də gələcəkdəki sosial layihələr üçün mühüm bir addımdır.
Digər Xəbərlər
24 Noyabr 2025 17:26
Bu bazarda quş kəsimi yerinin fəaliyyəti dayandırıldı - VİDEO
24 Noyabr 2025 15:48
Rövşən Rzayev keçmiş məcburi köçkünlərin müraciətləri dinlədi - FOTO
24 Noyabr 2025 14:35
Ötən həftə azad olunan torpaqlarda 1 500 hektardan çox ərazi minalardan təmizlənib
24 Noyabr 2025 12:39
QMİ-dən Həcc ziyarətinə getmək istəyənlərə ÇAĞIRIŞ
24 Noyabr 2025 12:23
Sabah 21 dərəcə isti olacaq
24 Noyabr 2025 10:44
Bu gündən qadın avtobus sürücüləri vəzifələrinin icrasına başlayıb
24 Noyabr 2025 09:52
Özünə şəhidlik arzuladı, əsir qadını azad etdi – Pəncəlinin ata evindən REPORTAJ - FOTOLAR
24 Noyabr 2025 09:06


Bakı -°C

