Azərbaycan və Slovakiya parlamentləri əlaqələrin inkişafını müzakirə edib
Azərbaycan və Slovakiyanın qanunvericilik orqanları arasında əlaqələrin inkişafı, daha da genişləndirilməsi müzakirə olunub.
Adalet.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova və Slovakiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovun görüşündə söhbət aparılıb.
Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana səfəri çərçivəsində imzalanmış "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"nin əlaqələri keyfiyyətcə yeni mərhələyə qaldırdığı qeyd edilib.
Söhbət zamanı ölkələr arasında qarşılıqlı səfərlərin intensivliyi müsbət qiymətləndirilərək, bu təmasların münasibətlərə töhfə verdiyi vurğulanıb.
Səfir Slovakiya Milli Şurasının sədri Riçard Rasinin salamlarını Azərbaycan parlamentinin sədrinə çatdırıb. Diplomat həmçinin, 8 noyabr – Zəfər günü münasibətilə təbriklərini ifadə edib.
Görüşdə qanunvericilik orqanları arasında da əlaqələrin inkişafı qeyd olunaraq, bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Bu mənada, parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlı səfərlərinin qanunvericilik orqanları arasında əlaqələrin daha da genişlənməsinə müsbət təsirləri vurğulanıb.
Söhbət zamanı, həmçinin parlamentlər arasında bütün istiqamətlərdə, o cümlədən parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanları nəzərdən keçirilib.
Digər Xəbərlər
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44
“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
02 Aprel 2026 14:32
Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
02 Aprel 2026 14:14
Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
02 Aprel 2026 14:08
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
02 Aprel 2026 14:07
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək" - İlham Əliyev
02 Aprel 2026 13:58
Prezident tədbir iştirakçılarını qəbul etdi - FOTOLAR - YENİLƏNİB
02 Aprel 2026 12:44


Bakı -°C

