Sumqayıtda dəm qazından zəhərlənənlərin vəziyyəti açıqlandı - YENİLƏNIB
Sumqayıt şəhərində dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2025-ci il yanvarın 5-i saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına dörd kişi, Uşaq Xəstəxanasına isə bir nəfər hospitalizasiya olunub.
Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar.
***
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Adalet.az xəbər verir ki, hadisə Kimyaçılar yaşayış massivində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov,onun oğlu 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov,1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov,onun oğlu 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər.
Onlar dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.