Sumqayıtda obyekt tikintisinə görə ağacları kəsdilər - Baş Prokurorluğa müraciət edildi
Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağacların kəsilməsi ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət yerində araşdırılıb.
İdarənin rəisi Asif Məcidov Adalet.az-a bildirib ki, aparılan araşdırma zamanı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeyri-yaşayış obyektinin tikintisi aparılan ərazidə tikinti ətrafına çəkilmiş hasarın daxilində 3 ağacın zədələndiyi, eyni zamanda ekoloji ekspertiza rəyinin tələblərinə əməl edilmədiyi müəyyən edilib. Faktla bağlı tikintiyə cavabdeh şəxs Zamiq Şıxəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 541-ci maddələrinə əsasən inzibati protokol tərtib edilib və o, fiziki şəxs qismində 900 manat məbləğində cərimə olunub.
“Eyni zamanda, hasarın kənarında 15 ağacın kəsildiyi və nəticədə təbiətə 7200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və mühafizəsinin təmin olunması məqsədilə iş icraçısına təhvil verilib”.
Digər Xəbərlər
04 Fevral 2026 12:43
Güclü külək Bakıda fəsadlar törədir - FOTOLAR
04 Fevral 2026 11:40
BDU-nun professoru vəfat etdi
04 Fevral 2026 10:39
İtkin düşən gənc tapıldı
04 Fevral 2026 10:01
Bakıda qumbara tapıldı - VİDEO
03 Fevral 2026 18:26
Mavi ekranın məşhur siması dünyasını dəyişdi
03 Fevral 2026 16:39
Parlament prospektində evdə yanğın - FOTO - VİDEO - YENİLƏNİB
03 Fevral 2026 13:26
Dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb
03 Fevral 2026 13:25


Bakı -°C

