Sümükləri zəiflədən içkilər
Süd, qazlı içki və qəhvə sümüklər üçün ən təhlükəli içkilərdir. Ona görə ki, bədənə dağıdıcı təsir göstərirlər.
Adalet.az xəbər verir ki, bu barədə “Moskva 24”ə diyetoloq, tibb elmləri doktoru Marqarita Koroleva danışıb.
“Südün tərkibində faydalı maddələri yuyan turşu komponentlər var. Bu içki qələvi komponentlərlə, yəni çox miqdarda lif olan tərəvəzlərlə balanslaşdırılmasa, kalsium bədəndən yuyularaq osteoporoza səbəb olacaq.
Həmçinin qəhvə kalsium, maqnezium və bir sıra digər mineralların udulmasına mane olur. İçə bilərsiniz, amma vacib bir şərt var. Qəbul edilən qidanın tərkibindəki faydalı mineralların sorulmaması üçün yeməkdən bir müddət sonra qəhvə içmək daha yaxşıdır. Bundan əlavə, qəhvə orqanizmi susuzlaşdırır, su ilə yanaşı, biz mineralları da itiririk. Odur ki, bir fincan qəhvədən sonra ən azı bir stəkan su içilməlidir”, - diyetoloq izah edib.
Eskpert qeyd edib ki, üçüncü növ təhlükəli içki qazlı sulardır, xüsusilə şirindirsə: “Qazlı içkilərin tərkibində fosfor turşusu var ki, bu da təkcə mədə-bağırsaq traktının deyil, həm də dişlərin vəziyyətinə mənfi təsir göstərir. Sonuncudan kalsiumu yuyur ki, bu da çürüklərə və diş toxumasının əlavə dağıdıcı amillərinə səbəb olur. Üstəlik, müntəzəm qazlı şirə istifadəsi sümük kütləsinin vəziyyətinə təsir göstərə bilər”.(publika)
Digər Xəbərlər
21 Yanvar 2026 18:00
Xəstə uşağın təcili yardım maşınından düşürülməsi ilə bağlı açıqlama - VİDEO
20 Yanvar 2026 09:51
Gənc qızları siqaret aludəçiliyindən necə xilas edək? - Fazil Mustafa
19 Yanvar 2026 14:56
Su çiçəyinə yoluxmada artım olub
15 Yanvar 2026 12:57
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Yanvar 2026 10:33
Uşağınız niyə sizə deyil, naməlum blogerlərə inanır? - Mütəxəssis əsas səbəbi izah edir
13 Yanvar 2026 10:32
Yeniyetmə yaşında olan uşaqların psixoloji xüsusiyyətlərini anlayın - SN-dən valideyinlərə tövsiyə
08 Yanvar 2026 16:40
"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ
07 Yanvar 2026 15:18


Bakı -°C

