13 Mart 2025 16:01
75
MARAQLI

“Sun ilə hədiyyələr sənin olsun” lotereyasının qalibləri məlum olub

Azərbaycanın ilk gigiyenik kağız markası olan "Sun" bu il 25 illiyini qeyd edir.

Adıçəkilən milli brendimiz bu münasibətlə on illərdir süfrələrin bəzəyi olan QU məhsulunun alıcıları üçün Novruz bayramı ərəfəsində möhtəşəm  lotereya təşkil edib. 2 tirajdan ibarət  "Sun ilə hədiyyələr sənin olsun" adlı layihə istehlakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bunun məntiqi nəticəsi olaraq bayram ab-havalı lotereyaya rekord sayda - yarım milyona yaxın insan qatılıb. Müqəddəs Ramazan ayında süfrələrini QU salfetləri ilə bəzəyən 125 ailəyə müxtəlif hədiyyələrlə əlavə sevinc bəxş edilib.

Müxtəlif pul mükafatı, ütü, televizor, paltaryuyan, qabyuyanların oynanıldığı lotereyanın ən böyük və gözlənilən hədiyyəsi isə son model Hyundai Tucson avtomobili olub və canlı yayımda sahibini tapıb. 

Qeyd edək ki, lotereyananın nəticələri ilə “Sun” salfetlərinin sosial media hesablarından və sun25il.az saytından tanış ola bilərsiniz.