Sürücülər bu mahnılara qulaq asmasın
Ritmləri sürətli musiqi avtomobil idarə edən şəxsin daha çox qaz pedalına basmasına və yola diqqətinin azalmasına səbəb ola bilər.
Adalet.az axsam.az-a istinadən xəbər verir ki, yeni araşdırmada “Spotify”ın avtomobil səfərləri üçün hazırlanan populyar pleylistləri təhlil edilib. Mütəxəssislər 30 pleylistdə ən çox rast gəlinən 50 mahnını seçərək onların ritmini müqayisə ediblər.
Araşdırmaya əsasən, dəqiqədə 120 vuruşdan (BPM) daha sürətli musiqilər sürücünün daha yüksək sürətlə hərəkət etməsi, diqqətinin azalması və sükan arxasında daha çox səhvə yol verməsi ilə əlaqəli ola bilər.
Siyahının ilk pilləsində Ed Sheeranın “Shape of You” mahnısı qərarlaşıb. Kompozisiyanın tempi 192 BPM-dir. Mahnı araşdırılan 30 pleylistin 24-də yer alıb və “Spotify”da 5 milyarddan çox dinlənilib.
Ən yüksək tempə malik və sürücülər üçün potensial risk yarada biləcək 10 mahnı belə sıralanıb:
Ed Sheeran — “Shape of You”
Oasis — “Wonderwall”
The Kid Laroi & Justin Bieber — “Stay”
Billy Idol — “Rebel Yell”
Blondie — “One Way or Another”
Pharrell Williams — “Happy”
Outkast — “Hey Ya!”
Queen — “Don’t Stop Me Now”
The Killers — “Mr. Brightside”
Bruno Mars — “Locked Out of Heaven”
Mütəxəssislər xüsusilə vurğulayıblar ki, sözügedən mahnıların özləri avtomatik olaraq təhlükəli deyil. Söhbət sürətli musiqi tempi ilə sürücünün davranışı arasındakı mümkün əlaqədən gedir.
Alimlərin fikrincə, bu təsir avtonom sinir sisteminin fəaliyyəti və ritmik sinxronizasiya adlanan proseslə bağlı ola bilər. İnsan fərqinə varmadan davranışlarını musiqinin ritminə uyğunlaşdıra bilər.
Daha sakit və təhlükəsiz sürüş üçün isə tədqiqatçılar tempi 60-100 BPM arasında olan musiqilərə üstünlük verməyi tövsiyə edirlər.
Digər Xəbərlər
08 Sentyabr 2026 07:38
Nuhun gəmisinin sirri açılır? - Düz bucaqlar, dəhlizlər...
08 Sentyabr 2026 07:11
Turistlərin ən çox cibgirlərin hədəfinə çevrildiyi şəhərlər
07 Sentyabr 2026 09:50
Niyə məzuniyyət tam istirahətə həmişə kömək etmir?
06 Sentyabr 2026 17:16
Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
06 Sentyabr 2026 16:33
Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər
06 Sentyabr 2026 08:35
Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir
05 Sentyabr 2026 11:18
Eynşteyn bir daha haqlı idi: Kvant dünyasında tarixi cazibə təcrübəsi uğurla başa çatdı
04 Sentyabr 2026 15:30


Bakı -°C

