ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
Fransanın nüfuzlu "L'Équipe" nəşri Çempionlar Liqası tarixində bütün zamanların rəmzi yığmasını tərtib edib.
Adalet.az xəbər verir ki, siyahıda diqqətçəkən əsas məqam argentinalı ulduz Lionel Messinin heyətdə yer alması, turnirin bütün zamanların ən yaxşı bombardiri Kriştianu Ronaldonun isə kənarda qalması olub.
Eyni zamanda, fransız nəşrinin hazırladığı siyahıya heç bir fransalı futbolçunun (Zinəddin Zidan, Kərim Benzema və s.) daxil edilməməsi də azarkeşlərin və mütəxəssislərin kəskin tənqidinə səbəb olub.
Nəşrin versiyasına görə, rəmzi yığma aşağıdakı kimidir:
Qapıçı: Rey Klemens ("Liverpul")
Müdafiəçilər: Dani Karvaxal ("Real Madrid"), Frants Bekkenbauer ("Bayern Münhen"), Franko Baresi ("Milan"), Paolo Maldini ("Milan")
Yarımmüdafiəçilər: Luka Modriç ("Real Madrid"), Andres İnyesta ("Barselona")
Hücumçular: Lionel Messi ("Barselona"), Yohan Kroyf ("Ayaks"), Corc Best ("Mançester Yunayted"), Alfredo Di Stefano ("Real Madrid")
Xatırladaq ki, Çempionlar Liqasının son qalibi finalda Londonun "Arsenal" klubuna qalib gələn Fransanın PSJ komandasıdır. ÇL-in yeni 2026/27 mövsümünün liqa mərhələsinə isə sentyabrın 8-də start veriləcək.
Digər Xəbərlər
09 Oktyabr 2026 10:37
“Neftçi” “Sabah”a, “Araz-Naxçıvan” “Kəpəz”ə qarşı
08 Oktyabr 2026 23:29
Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal qazandı
08 Oktyabr 2026 19:07
Murad Fətiyev dünya çempionatında bürünc medal qazandı
08 Oktyabr 2026 17:43
“Arsenal” Arteta ilə bağlı qərar verdi
08 Oktyabr 2026 17:21
"Araz-Naxçıvan" ev oyunlarını Şamaxıda keçirməyə davam edəcək
08 Oktyabr 2026 17:00
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
08 Oktyabr 2026 12:30
Toral Bayramovun transfer qiyməti 200 min avro düşdü
08 Oktyabr 2026 09:34


Bakı -°C

