“Mənə bacı deməyin” – Bülent Ersoydan estetik əməliyyat açıqlaması
Türkiyə musiqisinin divası hesab edilən Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü ilə gündəmə gəlib.
Adalet.az xəbər verir ki, 74 yaşlı sənətçinin üzündəki dəyişiklik izləyicilər tərəfindən diqqət çəkib.
"Üzümü lolita kimi etdirdim. Mənə bacı deməyin", - o, bildirib.
Sənətçinin son görüntülərində bahalı zinət əşyası da diqqətdən yayınmayıb. Onun barmağındakı üzüyün təxminən 12 karat olduğu bildirilir. Çəhrayı sapfir və brilyantdan hazırlandığı ehtimal edilən üzük də Ersoyun yeni görüntüləri ilə birlikdə marağa səbəb olub.
Qeyd edək ki, Bülent Ersoy bir müddət əvvəl Kuşadasında verdiyi konsertdə yaşanan qalmaqalla gündəmə gəlmişdi. Səhnəyə təxminən bir saat yarım gec çıxan sənətçiyə tamaşaçılardan biri "Saatın neçə olduğunun fərqindəsiniz?" deyə irad bildirib. Ersoy isə buna sərt reaksiya verib və həmin şəxsin konsert məkanından çıxarılmasını istəyib.
Daha sonra hadisəyə münasibət bildirən müğənni səhhətində yaranan problem səbəbindən sistem köçürüldüyünü və buna görə konsertə gecikdiyini açıqlayıb. (lent.az)
Digər Xəbərlər
23 Oktyabr 2026 19:22
Hande Erçelin 24 saatlıq paylaşımından qazandığı məbləğ təəccübləndirdi
23 Oktyabr 2026 09:49
Naibə Allahverdiyevadan BƏD XƏBƏR
22 Oktyabr 2026 12:59
Əməkdar artist elmi fəaliyyətindən danışdı- “ALİMƏM”
22 Oktyabr 2026 11:55


Bakı -°C

