Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb.
Adalet.az-ın xəbərinə görə, “Nolla Health” şirkətinin hazırladığı “Nolla Derm” tətbiqi 18 yaşdan yuxarı sakinlərə sızanaq müalicəsi ilə bağlı tövsiyələr və uyğun hesab edildikdə resept almaq imkanı verir.
İstifadəçi şəxsiyyətini təsdiqlədikdən, sağlamlıq anketini doldurduqdan və üzünün beş fotosunu yüklədikdən sonra süni intellekt 10-15 dəqiqə ərzində müalicə planı hazırlayır.
Sistem yalnız həkimlər tərəfindən əvvəlcədən təsdiqlənmiş məhdud sayda dərman arasından seçim edir. Ağır və mürəkkəb hallar isə həkimlərə yönləndirilir.
İlk 100 xəstəyə verilən reseptlər iki lisenziyalı həkim tərəfindən ayrıca yoxlanılacaq. Nəzarətin azaldılması üçün süni intellektlə həkim qərarları arasında ən azı 95 faiz uyğunluq tələb olunur.
Şirkət sızanaq müalicəsinin geniş yayıldığını və dermatoloqa müraciət üçün gözləmə müddətinin 61 günə çata bildiyini bildirir. Lakin həkimlər resept qərarlarının yalnız avtomatlaşdırılmış sistemə həvalə edilməsinə etiraz edirlər. Onların fikrincə, dərman təyin edilərkən xəstənin ümumi vəziyyəti, yan təsirlər və digər dərmanlarla qarşılıqlı təsir kimi amillər də nəzərə alınmalıdır.
Digər Xəbərlər
06 Noyabr 2026 11:15
Mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış
05 Noyabr 2026 10:44
Polad Həşimovun anasının vəziyyəti açıqlandı
05 Noyabr 2026 09:35
Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət yetirməliyik?
05 Noyabr 2026 09:30
Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
04 Noyabr 2026 13:23
İcbari Tibbi Sığorta Fondunun gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum oldu
03 Noyabr 2026 11:17
Ölkələrin səhiyyə indeksi açıqlandı - Azərbaycan 92-ci pillədədir
03 Noyabr 2026 08:32
Quş qripi təhlükəsi böyüyür: insandan insana keçə bilərmi?
03 Noyabr 2026 08:07


Bakı -°C

