Suqovuşan Ağdərənin tərkibinə verilir
Azərbaycanın yenidən bərpa edilən Ağdərə rayonun inzibati mərkəzi Ağdərə şəhəri olacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Suqovuşan qəsəbəsi yenidən Ağdərə rayonun tərkibinə verilir. Bundan başqa, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonun ərazisi əvvəlki qaydada təşkil olunur.
Xatırladaq ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb. Həmin vaxt Suqovuşan qəsəbəsi də Tərtər rayonuna birləşdirilmişdi.
1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunmuşdu.
Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. /Report
Digər Xəbərlər
08 Aprel 2026 14:32
TƏBİB-in Müşahidə Şurasının sədri oldu
08 Aprel 2026 14:03
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirildi
08 Aprel 2026 13:28
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
08 Aprel 2026 11:39
Kütləvi zəhərlənmə olan restoranın fəaliyyəti dayandırıldı - RƏSMİ
08 Aprel 2026 10:53
İrandan Azərbaycana indiyədək 3 379 nəfər təxliyə olunub
08 Aprel 2026 10:14
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
08 Aprel 2026 09:56
Nazirlik əhaliyə müraciət etdi - Qadağan olduğunu nəzərə alın!
07 Aprel 2026 19:12


Bakı -°C

