adalet.az header logo
  • Bakı 13°C
06 Iyun 2023 11:05
1327
AVTOMABİL

“Sürət həddini aşan sürücülər dəlixanaya göndərilməlidir, çünki...”-Ekspert

“Prinsipcə sürət həddini aşanlar təxminən bəllidir. Onlar bahalı maşınların özlərindən çox razı olan sürücüləridir. Ona görə onlarla mübarizə aparmağın başqa üsulları tapılmalıdır”

Bunu Adalet.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Ekspert bu cür sürücəlin ruhi əsəb dispanserinə göndərilməsini də təklif edib:

“Ümumiyyətlə, sürət həddini aşan sürücülər hesab edirəm ki, dəlixanaya, ruhi əsəb dispanserinə göndərilməlidir. Axı deyirik ki, sürət öldürür, insanların həyatına son qoyur. Belə olan halda bu cəzalar maddiyyatla bitməməlidir və onun mənəvi cəzaları da olmalıdır. İndi hələlik bizdə məcəllədə maddi cəzalara üstünlük verilir. Gözləyək və görək nəticəsi necə olacaq. Amma ümumiyyətlə cəzaların sərtləşdirilməsi müəyyən dövrlərdə effekt verib. Bu dəfə də gözləyirik ki, effekt olsun”. 

Qeyd edək ki, yolda sürət həddini aşmaya görə cərimələr artırılır. Bununla bağlə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.
Məcəllənin hazırkı variantı aşağıdakı kimidir:

Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.

Vasif Əlihüseyn