Suriya kürdləri Rusiyadan kömək istədilər
“Demokratik Suriya Qüvvələri” kürd alyansı Rusiyadan kömək istəyib.
Alyans dövlətin şimal-şərqindəki birləşmənin nəzarətində olan əraziləri qorumaq üçün Dəməşq hakimiyyəti ilə danışıqlara nail olmaq istəyir və bu səbəbdən Rusiyanın köməyinə üz tutub.
Bu barədə “Demokratik Suriya Qüvvələri” alyansının nümayəndəsi Aram Xan məlumat verib.
“Biz Rusiya nümayəndələrindən müqaviləmizin təşəbbüskarı kimi çıxış etmələrini xahiş etdik. Bu müqavilə ərazimizin qorunması üçün Dəməşqin rəsmi hakimiyyət orqanları ilə hərəkətlərin koordinasiyasını nəzərdə tutur”, - deyə o bildirib.
Qeyd olunur ki, Rusiya tərəfi ilə görüş keçirilib və görüş çərçivəsində “Demokratik Suriya Qüvvələri” alyansına Türkiyənin şərtləri təqdim edilib. Alyans öz növbəsində təkliflərlə razılaşmayıb.
Digər Xəbərlər
30 Dekabr 2025 11:56
Türkiyədə İŞİD əməliyyatı: 300-dən çox şübhəli saxlanılıb - YENİLƏNİB
30 Dekabr 2025 11:06
"Netanyahu Ərdoğana hörmət edir" - Tramp
30 Dekabr 2025 10:59
Türkiyənin F-35-ləri təhvil verilə bilər
30 Dekabr 2025 10:42
Pezeşkian etirazlarla bağlı nazirə tapşırıq verdi
30 Dekabr 2025 10:22
“Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçir...”
29 Dekabr 2025 11:08
Özbəkistan Prezidentini təhqir edən bloger Bakıda saxlanıldı
29 Dekabr 2025 09:59
Zelenski Putinə zəng edə bilər - 5 ildə ilk dəfə
29 Dekabr 2025 09:40


Bakı -°C

