Suriyada yenidən xaos yaşanmasını istəyirlər - Ərdoğan

Suriyada yenidən xaosun yaşanmasını istəyənlər var. Türkiyə buna imkan verilməməsini məmnuniyyətlə qarşılayır.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Suriya dövlət başçısı Əhməd əş-Şara ilə görüşündə deyib.
O, qarşıdakı illərin Suriyanın sabitliyi, rifahı və əmin-amanlığı ili olacağını söyləyib.
Ərdoğan qeyd edib ki, Türkiyə Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğvi üçün səyləri davam etdirəcək, rəsmi Dəməşqlə ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirmək istiqamətində addımlar atılacaq:
“Türkiyə Suriyada sabitliyin bərpası üçün bu günədək olduğu kimi, bundan sonra dəstəyini davam etdirəcək”.
Digər Xəbərlər

Paşinyan Azərbaycanla sərhədə gəldi - VİDEO

Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarıldı

İrəvan rus kanallarının yayımının məhdudlaşdırmaq istəyir

Paşinyan yenə Putini "vurdu":"Təcavüzçü"

"Nüvə proqramı ilə bağlı razılığa gəlmək mümkündür" - İran XİN rəhbəri

"Rusiya-İran münasibətləri bütün dünyaya bir siqnaldır" - Əraqçi

Putin Xameniyə məktub göndərib
