15 May 2020 15:01
125785
GÜNÜN LƏTİFƏSİ

SÜRMƏLİ QARABULUDDAN GÜNÜN LƏTİFƏSİ

Bektaşinin günorta vaxtıbirotaqlı evində süfrəsini açıbyeyib-içdiyini görən bir dindar öfkə ilə demiş:

-Ayıb, ayıb… Sənin evinə Ramazangirmədimi?

Bektaşi ağzındakı loxmanı udubdindara belə cavab vermiş:

- İmanım! Köşklər, saraylar,göydələnlər, villalar varkən mübarəkRamazan bizim bu təkgözlü, dar evə heç gələrmi?