15 Yanvar 2024 11:54
1048
GÜNDƏM

Şuşadakı rus kilsəsinin oğrularının "qabaqdangəlmişliyi": Yaşıl günbəzli kilsə

Ermənilər şər-şəbədə kampaniniyasını davam etdirməkdə israrlıdırlar. Çünki nə utanacaq üzləri, nə də həyalanacaq abırları yoxdur. Yalanı da o qədər qabarıq şəkildə danışırlar ki, Qarabağın tarixini dəqiq bilən adam ilk cümlədən şaqqanaq çəkib gülməsə yazını oxumağa davam edə bilməz.

Erməni mediası yazır: ”artsaxın Şuşi şəhərindəki (hahahaha) Müqəddəs Hovhannes Mkrtiç Kilsəsi xalqa daha çox Yaşıl kilsə kimi tanınır. Kilsə bu adı almasına səbəb əvvəllər yaşıl günbəzi olmasıdır. Kilsə 19-cu əsrin əvvəllərində tikilmiş, bir neçə dəfə bərpa edilmiş və təkmilləşdirilmişdir. 2020-ci ilin 44 günlük müharibəsinə qədər Müqəddəs Hovhannes kilsəsi təkcə artsax sakinlərinin deyil, həm də Artsaxa səfər edənlərin ən sevdiyi yerlərindən biri olub.

(Ermənilərin paylaşımı, guya ki, fakt)

“Tarixi-Mədəni İrs Elmi Araşdırmalar Mərkəzi”nin “Facebook” səhifəsində bildirilir ki, 2020-ci ilin noyabrında Azərbaycan silahlı qüvvələri tərəfindən Şuşinin işğalından sonra Kanaç jam vandalizmə məruz qalan ilk abidələrdən biri olub.


“Artıq Azərbaycanın 15 noyabr 2020-ci il tarixli videolarda kilsə yarı dağılmış vəziyyətdə görünür. Qeyd edək ki, hərbi əməliyyatlar zamanı qəsdən hədəfə alınma nəticəsində zədələnmiş Şuşinin Ghazançetsots kilsəsindən fərqli olaraq, bu müddət ərzində Yaşıl kilsə heç bir ziyan görməyib. Bu 2020-ci ildə azərbaycanlı əsgərinin foto ilə də sübut olunur. Yayılmış fotoda kilsə görünür. Foto kilsənin ziyan görmədiyini, günbəzlərin də mövcud olduğunu təsdiqləyir".

 

Yaşıl günbəzli "Rus kilsəsi"

Yaşıl kilsənin gerçək tarixini bilmək istəyənlərə bildirək ki, şuşalıların və qarabağlıların rus kilsəsi adlandırdığı bu kilsənin, ümumiyyətlə, ermənilərlə heç bir əlaqəsi yoxdur. Necə ki, Artsaxın və Şuşinin Qarabağ və Şuşa ilə tamamilə əlaqəsi yoxdu bu da elə. Şuşadakı ikinci rus pravoslav məbədi olan Müqəddəs İohan kilsəsidir.

Bildiyiniz kimi , bədnam "Kürəkçay müqaviləsi"ndən və Qarabağ xanlığının Rus Carizminə təslim olur. sonra müstəqil xarici siyasət hüququndan məhrum edilir və çar xəzinəsinə hər il 8000 çervon bac verməyi öhdəsinə götürür . Müqaviləyə görə, Qarabağ xanı Qafqaz komandanlığının əmrlərini yerinə yetirməli və mayor Lisaneviçin rəhbərliyi altında 500 rus əsgərini Şuşada qalaya bitişik Xanbağı adlanan yerdə yerləşdirməli idi. Ruslar Qarabağa yerləşdirildikdən sonra onlar üçün kilsə tikilməsi vacibləşir.Şuşada müxtəli yerləri özlərinə ibadət yeri seçsələrdə nəhayət qərara gəlirlər ki, kilsə tiksinlər .1847-ci ildə tikirlər.
Deməli, 1992-ci ildə ermənilər Şuşanı işğal edəndən sonra başlayırlar rus kilsəsinə yeni don biçməyə. Bunlar öyrəniblər axı “p..xdan qaqa” düzəltməyə, başqasının malından özlərinə “ qədim tarix” qayırmağa.


28 il ərzində ermənilər kilsəni o qədər orasına burasına əl gəzdirdilər , təmir etdilər, memarlıq üslübunu dəyişdirdilər ki, axırda provaslav rus kilsəsi oldu “erməni Qriqoryan kilsəsi”. Yəni, uzaq keçmiş deyil ki, fotolar olmasın, arxiv olmasın. Köhnə və hazırki fotolara baxan bilir ki, gerçək söhbət nədir, uydurma tarix nədir...

 Tarixçilər yazır ki, kilsənin tarixi fotolarından da görünür ki, bina günbəz formasında olub. “Təmir”dən sonra günbəzdən əsər-əlamət qalmayıb:" Erməni mənbələri Qarabağda və Ermənistanda memarlıq quruluşuna görə tayı-bərabəri olmayan kilsənin bənzərsizliyini belə izah edirlər... Daha doğrusu, heç cür izah edə bilmirlər.

Vikipediyanın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, kilsə 1847-ci ildə köhnə taxta kilsənin yerində tikilib. Möcüzə baş verib, yaxud erməni memarları necə ediblərsə, taxta kilsədə mövcud erməni dilindəki yazılar yeni tikilmiş kilsənin divarlarında peyda olub. Erməni tarixçilərinə görə, “Xanaç jam” köhnə, XVIII əsrin “Qarabağtsots” taxta kilsəsinin üzərində inşa olunub. Təsəvvür edirsiniz? Kilsənin adına fikir verin: Qarabağ və tsots! Yəni bütün dünyaya car çəkdikləri “Artsax” deyil, türk toponimi Qarabağ! “Artsaxtsots” deyil, “Qarabağtsots”. Yeni daş kilsə isə Müqəddəs İoan kilsəsi adlansa da, “Xanaç jam”, yəni Yaşıl kilsəyə çevrilib".


İndi torpaq bizimdir, həm də yer-göy yaranandan bizimdir, ermənilərin deyil ki? Yox! “Rus kilsəsi” Azərbaycan Dövlətinə məxsus mədəni irs hesab olunur? Bəli! Azərbaycan ərazisində təhrif olunmuş, təyinatı dəyişdirilmiş və yaxud təmirə ehtiyacı olan mədəni irsini bərpa etməkdə haqlıdır və onun dövlət olaraq borcudur.
İndi , bu məsələdə ermənini sancıladan, qarnına ağrı salan nədir, bax onu hələ də anlamaqda çətinlik çəkirəm!

 Əntiqə Rəşid