"Suverenliyimizin bərpası xalqımızın həyatında müstəsna əhəmiyyətli hadisədir" - Spiker
“Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və suverenlik ili” elan edilib. Prezidentin bu qərarı xalqımızın və dövlətimizin konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib. Spiker bildirib ki, xalqımız konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə gedərək cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrətamiz uğurlar qazanıb:
"İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və anti-terror əməliyyatında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması xalqımızın və dövlətimizin həyatında müstəsna əhəmiyyətli hadisə olub. Bu hadisə həm də ölkəmizin bütün ərazilərində Konstitusiyamızın hüquqi qüvvəsinin bərpasını təmin edib. İnamla demək olar ki, Konstitusiya və suverenlik ili milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə töhfə verərək ölkə vətəndaşlarının gələcəyə birgə baxış əsasında daha sıx birləşməsinə kömək göstərəcək. Azərbaycanın konstitusiya dəyərləinə və suverenlik prinsiplərinə bağlılığı beynəlxalq birliyin məsuliyyətli və tərəqqipərvər üzvü kimi onun nüfuzunu daha da yüksəldəcək”.
Digər Xəbərlər
13 Dekabr 2025 18:40
"Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir" - Elçin Əmirbəyov
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35
Türkiyə Milli Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 11:23
Əli Əsədov: Türkmənistanın neytrallıq siyasətini yüksək qiymətləndiririk
12 Dekabr 2025 10:28


Bakı -°C

