MÜASİR HÜQUQİ DÖVLƏTİN BANİSİ
Mәlumdur ki, iqtisadi, sosial vә siyasi islahatların hәyata keçirilmәsi qanunvericilik bazası olmadan mümkün deyildir. Buna görә dә dövlәt quruculuğuna hüquqi bazanın yaradılmasından başlanılmışdır. Hüquqi islahatların tәmәli isә öz әksini Azәrbaycan Respublikasının yeni Konstitusiyasında tapmışdır.
Müstәqil Azәrbaycanımızın ilk demokratik Konstitusiyası mәhz Heydәr Əliyevin rәhbәrliyi ilә hazırlanmış vә 12 noyabr 1995-ci ildә ümumxalq sәsver mәsi (referendum) yolu ilә qәbul edilmişdir. Heydәr Əliyev yeni Konstitusiyanı son dәrәcә mükәmmәl bir sәnәd kimi hazırlamağı tövsiyә edәrәk demişdir: “Biz elә bir layihә hazırlamalı vә nәhayәt, elә bir Konstitusiya qәbul etmәliyik ki, o, müstәqil Azәrbaycan Respublikasının demokratik prinsiplәr әsasında uzun müddәt sabit yaşamasını tәmin edәn Əsas Qanun, tarixi sәnәd olsun”. Ölkәmizin yeni Konstitusiyasının yaradılmasında hәm tarixi keçmişimizin dәyәrlәrindәn, hәm dә ümumbәşәri dәyәrlәrdәn, dünyanın demokratik dövlәtlәrinin tәcrübәsindәn istifadә edilmәsi mühüm vәzifә kimi qarşıya qoyulmuşdu. Bu ali sәnәd dünyanın sivil dövlәtlәrinin vә beynәlxalq tәşkilatlarının adından qәbul olunan sәnәdlәrdәn mükәmmәlliyi, bәşәri dәyәrlәrә sadiqliyi ilә seçilir. Azәrbaycan Respublikasının Konstitusiyasında ümumbәşәri normalar özünün әhatәli tәsbitini tapmışdır. Əsas Qanunumuzun 48 maddәdәn ibarәt üçüncü fәslinin bütün müddәaları insana, onun lәyaqәtinә, hüquqlarına hörmәt ruhunda yazılmış, insan hüquq vә azadlıqları әn yüksәk dәyәr kimi tәsbit olunmuşdur.
Konstitusiyanın 12–ci maddәsinin I hissәsinә görә insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının, Azәrbaycan Respublikasının vәtәndaşlarına layiqli hәyat sәviyyәsinin tәmin edilmәsi dövlәtin ali mәqsәdidir. Heydәr Əliyev Konstitusiyanın hәyatiliyini tәmin etmәk üçün onun tәkmillәşdirilmәsi sahәsindә dә fәaliy - yәtini davam etdirmişdir. O, 2002–ci ildә Azәrbaycan Respublikası Konstitusiyasına dәyişikliklәr edilmәsi haqqında qәrar qәbul etmiş, avqust ayında bu mәsәlәlәr üzrә referendum keçirilmişdir. Müasir dünyada hәr bir dövlәtin demokratik dәyәrlәrә sadiqliyi onun insan hüquqlarına münasibәti ilә müәyyәn olunur. Bu mәnada Heydәr Əliyevin müstәqil respublikamıza başçılıq etdiyi dövrlәrdә әn çox diqqәt yetirdiyi sahәlәrdәn biri dә insan hüquq vә azadlıqlarının qorunması olmuşdur. Ümummilli liderimiz özünün proqram xarakteri daşıyan çıxışlarının birindә “Vәzifәli şәxslәrin fәaliyyәtini onların insan hüquqlarının qorunmasındakı xidmәtlәrinә görә qiymәt lәndirmәk lazımdır” demәklә insan hüquqlarının müdafiәsinә daim böyük önәm verdiyini diqqәtә çatdırmışdır.
Qısa müddәt әrzindә Heydәr Əliyev tәrәfindәn insan hüquq vә azadlıqlarının tәmini mәqsәdi ilә bir sıra mühüm tәdbirlәr hәyata keçirilmiş, müvafiq qanunvericilik aktları qәbul olunmuş, fәrman vә sәrәncamlar imzalanmışdır. Bu sahәdә Azәrbaycan Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sәrәncamını xüsusilә qeyd etmәk lazımdır. Bu sәrәncama uyğun olaraq respublikamızda Hüquqi İslahat Komissiyası yaradılmış, ölkәmizdә hәyata keçirilmәsi planlaşdırılan hüquqi islahatlar sürәtlәndirilmişdir. Bu komissiya tәrәfindәn beynәlxalq tәcrübә әsasında hәyatın bütün sahәlәrini әhatә edәn vә mühüm münasibәtlәri tәnzimlәyәn normativ–hüquqi aktlar hazırlanmışdır. Azәrbaycanda beynәlxalq standartlara vә normalara uyğun Cinayәt, Cinayәt–Prosessual, Mülki vә Mülki–Prosessual mәcәllәlәrin, habelә mәhkәmә–hüquq sistemi ilә bağlı yeni qanunların hazırlanmasının әsası qoyulmuşdur. Əsas Qanunun ardınca qәbul edilәn qanunvericilik aktları Azәrbaycan Respublikasının siyasi vә iqtisadi hәyatının hüquqi әsasda qurulması, hüquqi islahatların hәyata keçirilmәsi üçün mühüm addım olmaqla, insan hüquq vә azadlıqlarının tәmin edilmәsini dövlәtin ali mәqsәdi kimi ön plana çıxarmış oldu. Heydәr Əliyev yalnız qanunlar qәbul edilmәsinә deyil, onların hәyata keçirilmәsinә dә xüsusi diqqәtlә yanaşırdı. 1998–ci ildә respublikada ilk dәfә olaraq Konstitusiya Mәhkәmәsi yaradıldı. Mәlum olduğu kimi, insan hüquq vә azadlıqlarının tәmini ilә bağlı beynәlxalq müqavilәlәrdә vә dövlәtdaxili qanunvericilik aktlarında tәsbit olunmuş hüquqlardan kәsb etdiyi әhәmiyyәtinә görә әn vacibi yaşamaq hüququdur. Heydәr Əliyevin hakimiyyәtә qayıdışından sonra insan hü quq vә azadlıqlarının tәmini mәqsәdi ilә hәyata keçirilәn hüquqi islahatlar sırasında әn mühümü mәhz yaşamaq hüququnun tәmini istiqamәtindә hәyata keçirilәn tәdbirlәr olmuşdur. 1993–cü ildәn respublikamızda ölüm cәzasının tәtbiqi üzәrindә veto qoyulmuş, 1998–ci il 10 fevral tarixli Azәrbaycan Respublikasının Qanunu ilә isә ölüm cәzası lәğv olunaraq ömürlük azadlıqdan mәhrumetmә cәzası ilә әvәz olunmuşdur. Şәrqdә ilk dәfә mәhz bizim respublikamızda ölüm cәzasının lәğv edilmәsi dünyada böyük әks–sәda doğurmuşdur. Heydәr Əliyev müdrik rәhbәr olaraq cәzanın humanistliyi vә adekvatlığını, tәrbiyәvi әhәmiyyәtini dә daim önә çәkәrәk ölkәdә әfvetmә institutunun formalaşması istiqamәtindә real addımlar atmışdır. Belә ki, Azәrbaycan Respublikasında ilk әfv fәrmanı prezident Heydәr Əliyev tәrәfindәn 1995–ci ildә imzalanmış vә demәk olar ki, bu tarixdәn etibarәn Azәrbaycanda әfv institutu bәrpa olunmuşdur. 1995–2003–cü illәrdә Heydәr Əliyev tәrәfindәn 32 әfv fәrmanı imzalanmış, bu fәrmanlar 3104 mәhkuma şamil edilmişdir. Azәrbaycan Respublikasının Konstitusiyası qәbul edildikdәn sonra, ölkәdә bu sahәdә demokratik, hüquqi islahatların hәyata keçirilmәsi vә insan hüquqlarının sәmәrәli tәmini mәqsәdilә institusional mexanizmlәr sistemi yenidәn qurulmuşdur. Hüquq islahatları sahәsindә çox әhәmiyyәtli sәnәdlәrdәn biri dә Heydәr Əliyevin 1996-cı il iyunun 8-dә imzaladığı “Avropa Şurası vә Azәrbaycan Respublikası arasında әmәkdaşlıq proqramının hәyata keçirilmәsi haqqında” sәrәncamdır.
Bu sәnәdә әsasәn beynәlxalq standartlara uyğun “Konstitusiya Mәhkәmәsi haqqında”, “Mәhkәmәlәr vә hakimlәr haqqında”, “Prokurorluq haqqında” qanun vә digәr hüquqi sәnәdlәrin layihәlәri hazırlanıb Milli mәclisdә müzakirә edilmiş vә müvafiq qaydada qәbul olunmuşdur. Sadalanan bütün bu konseptual mәqamlar, әslindә, qeyd edildiyi kimi, mahiyyәt etibarilә hüquqi dövlәt quruculuğu prosesindә ilkin tәmәl rolunu oynadı. Konstitusiya qәbul edildikdәn sonra bu istiqamәtdә ilk mühüm addım atılsa da, qarşıda görülmәli işlәr hәlә çox idi. Növbәti mәrhәlәdә müvafiq dövlәt proqramlarının, әsasәn dә insan hüquqları sahәsindә qanunvericilik aktlarının qәbulu prosesi xüsusi yer tuturdu. Bu sahәdә maddi hüquq normalarının bir hissәsi Konstitusiyada öz әksini tapsa da (xüsusi qeyd edilmәlidir ki, Konstitusiyanın 158 maddәsindәn 48-i, tәqribәn üçdә biri mәhz insan hüquq vә azadlıqlarının tәminatını nәzәrdә tutan müddәalardır) sahәvi aktların çoxu hәlә mövcud deyildi. Mәhz bu amildәn çıxış edәrәk Ümummilli Lider Heydәr Əliyev tәrәfindәn 1996-cı il 21 fevral tarixli Sәrәncamla tәşkil edilmiş Hüquq İslahatları Komissiyası bu sahә üzrә ixtisaslaşmış ekspertlәrin iştirakı ilә müasir Avropa standartlarına cavab verәn qanunvericilik aktlarının layihәsini hazırlayaraq milli qanunvericiliyin qabaqcıl ölkәlәrin tәcrübәsinә әsaslanan sәviyyәyә çatmasına nail olmuşdur. İnsan hüquqları vә azadlıqları sahәsindә ö dövrdә qәbul edilmiş aktlar sırasında Ümummilli Lider Heydәr Əliyevin 1998-ci il fevralın 22-dә imzaladığı “İnsan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsi sahәsindә tәdbirlәr haqqında” Fәrmanı vә 1998-ci il 18 iyun tarixli Sәrәncamı ilә tәsdiq edilmiş “İnsan hüquqlarının müdafiәsinә dair Dövlәt Proqramı” mühüm yer tutur. Azәrbaycanın Avropaya inteqrasiya xәttinin xarici siyasi kurs kimi müәyyәnlәşdirmәsi dә mәhz Ümummilli Liderin siyasi idarәetmәsinin vacib istiqamәti idi. Bu baxımdan mühüm beynәlxalq tәşkilatlardan olan Avropa Şurasına üzv qәbul edildikdәn sonra qanunvericilik sisteminin Avropa standartlarına uyğunlaşdırılması prosesindә Milli Mәclis tәrәfindәn qanunların qәbulu zamanı mühüm beynәlxalq çoxtәrәfli müqavilәlәrdә, saziş vә konvensiya larda müәyyәn edilmiş fundamental insan hüquq vә azad lıqlarının әsas meyar kimi götürülmәsi dә hüquqi dövlәt quruculuğu prosesindә xüsusi yer tuturdu. “Mәlumat azadlığı haqqında”, “Uşaq hüquqları haqqında”, “Azәrbaycan Respublikasının İnsan hüquqları üzrә müvәkkili (ombudsman) haqqında”, “Azәrbaycan Respublikasında insan hüquq vә azadlıqlarının hәyata keçirilmәsinin tәnzimlәnmәsi haqqında”, “Azәrbaycan Respublikasının Seçki Mәcәllәsi” vә Azәrbaycanın bu qәbildәn olan digәr qanunları vә Konstitusiya qanunları bu fikrә nümunә kimi göstәrilә bilәr. Milli Mәclis tәrәfindәn Birlәşmiş Millәtlәr Tәşkilatının "Qadınlara münasibәtdә ayrı-seçkiliyin bütün formalarının lәğv olunması haqqında" Konvensiyasının, "Milli azlıqlara mәnsub olan şәxslәrin hüquqlarının tәmin edilmәsi haqqında" Konvensiyanın, "Müәlliflik hüququnun vә әlaqәli hüquqların müdafiәsi sahәsindә әmәkdaşlıq haqqında" Sazişin, “Genosid cinayәtinin qarşısının alınması vә onun cәzalandırılması haqqında” Konvensiyanın, “Kölәlik haqqında” Konvensiyanın, “İrqi ayrı-seçkiliyin bütün formalarının lәğv edilmәsi haqqında” Beynәlxalq Konvensiyanın, “Milli azlıqların müdafiәsi haqqında Çәrçivә Konvensiyası”nın, “İnsan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında” Konvensiyanın vә onun protokollarının ratifikasiya edilmәsi ilә beynәlxalq hüquqi aktların milli qanunvericiliyә implementasiyası prosesi dә bu baxımdan xüsusi önәm daşıyırdı. Bu baxımdan milli hüquqi mexanizmlәrin tәkmillәşdirilmәsi, insan hüquqları sahәsindә fәaliyyәt göstәrәn beynәlxalq tәsisatlarla әmәkdaşlığın qurulması vә inkişaf etdirilmәsi, bu sahәdә fәaliyyәt göstәrәn beynәlxalq mәrkәzlәrdә tәdqiqat vә tәhsil proqramları әsasında mütәxәssislәrin hazırlanması, dövlәt aparatında qulluq keçәn dövlәt qulluqçularının vә ixtisaslaşmış kadrların müvafiq tәcrübә mübadilәsi proqramlarına cәlb edilmәsi amili dә nәzәrdәn qaçırılmamalıdır. Çünki istәnilәn hüquqi dövlәtdә dövlәt aparatının funksiyalarının mәhz kadr korpusu tәrәfindәn yerinә yetirildiyi amili dә xüsusi önәm kәsb edir. Ümummilli Liderin nәzәrindә hәm Azәrbaycan SSR dövründә, hәm dә müstәqilliyin bәrpasından sonrakı ilk onillikdә xüsusi istedadı olan gәnclәrin qabaqcıl xarici ölkә ali mәktәblәrindә, tәşkilatlarda tәhsil vә tәcrübә proqramlarına cәlb edilmәsi çox vacib mәsәlә idi. Tәsadüfi deyil ki, hәmin dövrdә tәhsil almış gәnc nәslin bir çox nümayәndәsi bu gün hüquqi dövlәt quruculuğunun hәyata keçirilmәsi prosesinin iştirakçıları kimi müxtәlif dövlәt orqanlarında çalışır.Müstәqil Azәrbaycanda hüquqi dövlәt quruculuğu prosesinin növbәti vacib mәrhәlәsi әdalәtli vә müstәqil mәhkәmә sisteminin yaradılmasından ibarәtdir. Mәlumdur ki, hüquq filosofları tәrәfindәn irәli sürülmüş hakimiyyәtlәrin bölünmәsi prinsipinin vacib tәrkib hissәsi olan müstәqil mәhkәmәlәr, әdalәtli cәmiyyәt quruculuğu prosesinin әsas komponentlәrindәn biri kimi qәbul edilib.
Demokratik, hüquqi vә dünyәvi dövlәt quruculuğunun Azәrbaycan üçün әn düzgün siyasi xәtt olduğunu hesab edәn Ümummilli Lider ölkәmizdә müstәqil mәhkәmә hakimiyyәtinin formalaşdırılmasına müstәsna әhәmiyyәt verirdi. Tәsadüfi deyil ki, dünyanın bir çox aparıcı beynәlxalq tәşkilatları, hәmin tәşkilatlar çәrçivəsindә qәbul edilmiş çoxtәrәfli beynәlxalq müqavilәlәr, sivil vә demokratik dövlәtlәrin konstitusiyaları, elmi әdәbiyyatlar müstәqil mәhkәmә sisteminin mövcudluğunu әdalәtin әsas tәminatçısı, hüquqi dövlәtdә әn vacib institut kimi xarakterizә etmişdir. Bu baxımdan Ulu Öndәrin tәşәbbüsü ilә 1997-ci ildә “Mәhkәmәlәr vә hakimlәr haqqında” Qanunun qәbul edilmәsi xüsusi önәm daşıyır ki, bu Qanunla milli hüquq sistemindә mәhkәmәlәrin yerinin Konstitusiyanın müddәalarına uyğun olaraq müәyyәn edilmәsi vә formalaşdırılması prosesinә start verildi. Bu Qanunun ardınca Azәrbaycan Prezidentinin hәmin Qanundan irәli gәlәn mәsәlәlәrin tәtbiqi vә mәhkәmә islahatlarının hәyata keçirilmәsi mәsәlәlәri ilә bağlı proqram xarakterli Fәrmanı ilә respublikada mәhkәmә quruluşunun vә mәhkәmә qәrarlarının icrası prosesinin müasir modelinin formalaşdırılmasına başlanıldı. Vәtәndaşların konstitusiyada vә digәr aktlarda müәyyәn edilmiş hüquq vә azadlıqlarının tәmini baxımından xüsusi önәm daşıyan әdalәt mühakimәsinin әlçatanlığı vә müstәqilliyi, hüquqi dövlәt quruculuğu prosesinin әn vacib mәrhәlәlәrindәn biri kimi qiymәtlәndirilmәlidir ki, görülmüş bütün bu işlәrin vә hәyata keçirilmiş әsaslı mәhkәmә-hüquq islahatlarının nәticәsindә keçmiş sovet ittifaqından qalma mәhkәmә sistemi demәk olar ki, tamamilә aradan qaldırıldı, yeni vә qabaqcıl inkişaf etmiş ölkәlәrin tәcrübәsinә söykә nәn üçpillәli müstәqil mәhkәmә hakimiyyәti sistemi yaradıldı, hakim korpusunun demokratik әsaslarla formalaşdırılması prosesi sürәtlәndirildi.
O da xüsusi qeyd edilmәlidir ki, müstәqil mәhkәmә sisteminin formalaşdırılması işindә Mәhkәmә-Hüquq Şurasının tәsis edilmәsi amili dә mühüm rol oynadı. Fәaliyyәtini şәffaflıq prinsipi әsasında quran Şuranın fәaliyyәti әsasında hakim heyәtinin müsabiqә әsasında formalaşdırılması bu baxımdan da xüsusi önәm kәsb edirdi. Sadalanan bu işlәrin fonunda proses sonrakı mәrhәlәdә “Polis haqqında”, “Prokurorluq haqqında” vә digәr sahәvi qanunvericilik aktlarının qәbul edilmәsi ilә davam etdirildi. Göründüyü kimi, Ümummilli Liderin rәhbәrliyi ilә hüquqi dövlәt quruculuğu prosesi çәrçivәsindә demәk olar dövlәt hakimiyyәtinin bütün qollarında әsaslı islahatlar aparıldı, idarәetmә sisteminin bütün istiqamәtlәrinin inkişafı üzrә tarixi әhәmiyyәt kәsb edәn qәrarlar qәbul olundu, Azәrbaycan xalqının dövlәtçilik tarixindә köklü vә mütәrәqqi işlәr görüldü. Mәhz Ümummilli Liderin tәmәlini qoyduğu vә yuxarıda sadalanan hәmin islahatların mәntiqi nәticәsidir ki, müasir Azәrbaycanın inkişafı davamlı prosesә çevrilib. Qәtiyyәtlә söylәmәk olar ki, Azәrbaycanın bu gün kü vә gәlәcәk nәsillәrinin Heydәr Əliyevin şәrәfli adı vә ölmәz ruhu qarşısında müqәddәs borcu, onun әsәri olan müstәqil Azәrbaycan dövlәtinin daha da çiçәklәnmәsi vә qüdrәtlәnmәsi, xalqımızın rifahı naminә fәdakarlıqla çalışmaq, milli birliyimizә sәdaqәtlә xidmәt göstәrmәkdir. Tam әminliklә deyә bilәrik ki, Prezident İlham Əliyev bu gün dövlәtimiz qarşısında taleyüklü mәsәlәlәri xalqımızın dәstәyi ilә hәll etmiş vә Ulu öndәr Heydәr Əliyevin müstәqil dövlәtçilik irsini öz quruculuq fәaliyyәti ilә daha da zәnginlәşdir. Mәhz bu fәaliyyәt nәticәsidir ki, keyfiyyәt baxımından yeni mәrhәlәyә daxil olmuş qalib dövlәtimiz, hәm dә beynәlxalq etirafa nail olmuş güclü dövlәt statusu qazanmışdır. Belә dövlәtin vәtәndaşı olmaq isә şәrәf vә fәxarәtdir.
Rəşad Məmmədov
Lәnkәran RayonMәhkәmәsinin hakimi