Yağışlı hava ilə əlaqədar sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Hazırda ölkə ərazisində yağışlı hava şəraiti müşahidə olunur. Belə hava şəraiti hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, belə hava şəraitində hərəkət zamanı xüsusilə ehtiyatlı olmaq, sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək vacibdir.
Eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır. Yağışlı havada yol səthinin sürüşkən olması, eləcə də sürücülərin görmə imkanlarının azalması səbəbindən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli və açıq rəngli, asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçərkən diqqətli olmalı, avtomobilin olmadığından və ya bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığından əmin olduqdan sonra yolu keçməlidirlər.
Unutmayaq ki, yollarda təhlükəsizlik hər birimizin məsuliyyətidir".
Digər Xəbərlər

Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiqləyəcək

"Bakıda temperatur 36 dərəcəni keçdikdə ölüm halları kəskin artır" - Nazir müavini

"Son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub" - Deputat

Putin Ramiz Mehdiyevi niyə QURBAN VERDİ? - ŞOK SƏBƏBLƏR

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq - Mədət Quliyevdən açıqlama

Mehriban Əliyeva, qızları və gəlini Vatikanda açılışa qatıldı - FOTOLAR

Prezident Füzuli Şəhəri Günü ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO
