"Bakıda temperatur 36 dərəcəni keçdikdə ölüm halları kəskin artır" - Nazir müavini

İstilik dalğaları və ekstremal hava hadisələri ilə bağlı erkən xəbərdarlıq sistemləri əhalinin sağlamlığının qorunması baxımından mühüm rol oynayır.
Adalet.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən “İqlim dəyişikliyi və şəhərlərin dayanıqlığı” panel sessiyasında çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Coğrafiya İnstitutu birgə tədqiqatlar apararaq istilik dalğalarına qarşı xəbərdarlıq və monitorinq metodologiyası hazırlayıb.
“Bu sistemlərin tətbiqi nəticəsində son illərdə günvurma və istilik zərbələri ilə bağlı təcili yardım çağırışlarının sayı əhəmiyyətli dərəcədə azalıb. Erkən xəbərdarlıq mexanizmləri və ictimai məlumatlandırma iqlim dəyişikliyinə adaptasiya tədbirlərinin əsas hissəsidir”, – deyə Umayra Tağıyeva vurğulayıb.
Umayra Tağıyeva bildirib ki, insanların sağlamlığı üçün optimal komfort temperaturu 24-28 dərəcə arasıdır, lakin temperatur 36 dərəcəni keçdikdə ölüm halları və xəstəlik riski ciddi şəkildə artır: “Məhz buna görə də biz iqlim amillərinin sağlamlığa təsirlərini minimuma endirmək üçün erkən xəbərdarlıq sistemlərinin əhatəsini genişləndirməyi planlaşdırırıq”.
Digər Xəbərlər

Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ!

Bəzi gizir və miçmanlar üçün həqiqi hərbi xidmət müddəti artırılır

Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiqləyəcək

"Son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub" - Deputat

Putin Ramiz Mehdiyevi niyə QURBAN VERDİ? - ŞOK SƏBƏBLƏR

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq - Mədət Quliyevdən açıqlama

Mehriban Əliyeva, qızları və gəlini Vatikanda açılışa qatıldı - FOTOLAR
