“Füzulidə dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydaları tətbiq olunur”
44 günlük Vəətn müharibəsinin ilk günlərində Füzulinin kəndləri azad olundu, oktyabrın 17-də isə Füzuli tam azad idi. Füzuli ətrafında baş verən döyüşlər mürəkkəbliyi ilə yadda qaldı. Belə ki, Ermənistanın burada qurduğu istehkamların sıradan çıxarılması böyük güc və düzgün siyasi-hərbi taktika tələb edir. Azərbaycan ordusu döyüşlərin ilk günlərində bu çətin tapşırığın öhdəsindən layiqincə gəldi. Füzulinin azad olunması ilə düşmənin beli qırıldı və digər ərazilərimizə də yol açıldı.
Tarixi-mədəni abidələrlə zəngin olan Füzulidə erməni vəhşiliyinin izləri hələ də qalmaqdadır. Azad olunmuş ərazilərə səfər edən əcnəbilər erməni vandalizminin nəticələrini görür. Halbuki işğal dövründə Ermənistan məqsədli şəkildə bu vandallığı ört-basdır etmək üçün bu ərazilərə mümkün səfərlərin qrşısını alırdı. Lakin Azərbaycanın böyük qələbəsi nəticəsində 30 ilə yaxın gizlədilən işğal izləri dünyaya təqdim olundu.
Füzulidə isə bərpa-quruculuq işləri sürətlə aparılır. Digər ərazilərimizdə olduğu kimi, burada da dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydaları tətbiq olunur. Füzulidə birinci şəhərsalma layihəsi icra edildi və şəhər tamamlilə yenidən qurulur. Burda yeni kəndlər, yaşayış mənqələri, sosial obyektlər inşa olunur. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq. Bu gün Füzuliyə qayıdanlar arasında gənc nəslin üstünlük təşkil etməsi qürurvericidir. Cənab Prezident dəfələrlə Füzuli sakinləri ilə görüşdə də bu məsələyə toxunub və bildirib ki, gənc nəslin düzgün tərbiyəsi Qarabağı unutmağa qoymadı: “Onların qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir”.
Böyük qayıdış proqramı çərçivəsində məşğulluq məsələlərinə də diqqət yetirilir. Aidiyyəti dövlət qurumları burada yerləşən insanların məşğulluq imkanlarının həlli istiqamətində kompleks addımlar atır.
Füzuli həm də Beynəlxalq Hava limanının inşa olunduğu strateji əhəmiyyətli məkana çevrilib. Çox qısa vaxtda ərsəyə gələn hava limanı Qarabağa və Şərqi Zəngəzura səfər edən çoxsaylı rəsmi və qeyri-rəsmi qonaqları qəbul edir.
Bu gün Füzuli sakinləri böyük qürur hissi ilə şəhər gününü qeyd edir. Hər il keçirilən şəhər günü Füzulinin yeni, inkişaf edən simasını təqdimatıdır.
Digər Xəbərlər
01 Dekabr 2025 17:16
Maliyyə Nazirliyinin "Rəqəmsal Maliyyə Mərkəzi"nin statusu müəyyən edilib
01 Dekabr 2025 16:11
Azərbaycanla Ruanda arasında təhsil sahəsində saziş təsdiqlənib
01 Dekabr 2025 13:24
Prezidentdən 2 milyonluq SƏRƏNCAM
01 Dekabr 2025 13:11
"Bakı vurulan AZAL təyyarəsi ilə bağlı Moskvadan suallarına cavab alıb" - Hikmət Hacıyev
01 Dekabr 2025 13:09
Laçın strateji hədəflərin reallaşdığı nümunəvi bir bölgəyə çevrilib
01 Dekabr 2025 12:29
"Bu dəhlizin inşası 2026-cı ilə qədər başa çatacaq" - Hikmət Hacıyev
01 Dekabr 2025 12:20
“Düşmən buna görə Laçını döyüşsüz qaytarmağa məcbur oldu...” – Ədalət Verdiyev
01 Dekabr 2025 12:15


Bakı -°C

