02 Sentyabr 2023 22:53
984
MƏMLƏKƏT

Biz niyə kommunal borclarımızı vermək istəmirik?  

Hər mənzil sahibi hər ay ışıq, qaz, su, lift və məişət tulllantılarının  daşınması pulunu  verməlidir.

Düzdur, insanlar su, ışıq və qaz pullarını çox vaxt ödəyirlər, amma lift və daşınan tullantıların  pulunu  çoxları vermək istəmir. Bu gün, sabah deyib  o pulları ödəməkdən boyun qaçırır. Xüsusən də Mənzil Tikinti Kooperativi də ev alanlar kommunal xərclərı ödəməkdən yayınır. Bax bizim Yeni Günəşli yaşayış sahəsindəki 13 nömrəli kooperativ binada əksər sakinlər kommunal xərcləri ödəmir.Hətta məişət tullantılarının daşınması pulunu ödəməkdən  bir çox sakinlər yayınır.Onu görə də bizim binada heç kəs uzun müddət sədr işləmir. Amma bir neçə aydır ki, sakinlərin  xahişi ilə Fərman Kazımov  bu vəzifəyə seçilb.

O, iki ayda  binanın həyətində çox böyük abadlıq işləri gorüb. Bütün bloklara və həyətin arxa tərəfinə işiq cəkdirib, blokların üstündə 34 ildə  yığılib qalmış məişət tullantılarını daşıtdırib.Həyətdəki və parkdakı ağacları budaqlarını daratdirıb, gövdələri əhənglətdirib, üstəlik də hər səhər binamızın  qabağını vəaexasını süpurtdürür. Sahibsiz itlərin əlindən tərpənmək olmurdu.Fərman müəllimin prinsipallığı hesabına  məlum qurum o itləri gəlib apardı.

Bütün abadıq işlərini F. Kazımov heç kimin köməyi olmadan daxili imkanları hesabına edib. Allah canını sağ eləsin. Amma gərək bina sakinləri də  kommunal xərclərin pulunu ödəsin ki, bu abadlq işləri davamlı olsun. Çünki koopertiv binaları sakinlərin hamısının köməyi ilə  saxlamaq mümkündür!

Emil Faiqoğlu