31 Oktyabr 2023 15:48
2420
SAĞLAMLIQ

 Dəyişkən hava...      

Son günlər  respublikamızda  və Bakıda  yaz havası hiss olunur.

Adətən oktyabrda  payıza xas iqlimin  şahidi olmuşuq, amma  bu il tam fərqli bir oktyabr ayı  yaşayırıq!  Bəs belə qeyri-sabit hava insanların  səhhətinə necə təsir edir? Bu barədə  ünvanladığımız  suala  kardioloq-həkim , tibb elmləri  namizədi  Rafiq Yusifli bildirir ki, dəyişkən hava şəraiti insanların səhhətinə mənfi  təsir göstərir.

Xüsisən də  xoroniki xəstələrə- xərçəng, diabet və ürək- damar  xəstələrinə öz pis təsirini üzə çıxarır. Ona görə də belə xəstələr risk qrupuna daxil  olduqlarına görə, özlərini qorumalı, mütəmadi olaraq dərman qəbul etməli və həkim  nəzarətində  olmalıdırlar. R.Yusifli bir fikri də xüsusilə vurğuladıkı, ümumiyyətlə, havaların tez-tez dəyişdiyi günlərdə  hər bir xroniki  xəstə qəbul etdikləri qidalara diqqət yetirməli, yağlı, duzlu və qızardılmış qidalardan uzaq durmalıdırlar. Bir sözlə, sağlam olmaq istəyirsinizsə,   düzgün qidalanmalı, idmanla məşgul olmalı və stressdən, gərgınlikdən uzaq olmalısınız!

Emil  Faiqoğlu